5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Kolumbiya Universitetində yeni tədris ili Qəzzaya dəstək ilə başladı

4 Sentyabr 2024 14:19
Kolumbiya Universitetində yeni tədris ili Qəzzaya dəstək ilə başladı

Bakı, AzerVoice

Kolumbiya Universiteti yeni tədris ilinə Fələstin tərəfdarı etirazlar və sərt təhlükəsizlik tədbirləri ilə başlayıb.

AzerVoice xəbər verir ki, ötən il İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara qarşı nümayişlər universitetdə gərginlik yaratmışdı.

Semestrin ilk günündə nümayişçilər kampus qapılarına toplaşdılar. Polis ən azı iki nəfərin saxlanıldığını bildirsə də, nümayişlərin ümumilikdə "dinc" şəkildə keçdiyini dedi.

Etirazçılar Fələstin tərəfdarı şüarlar səsləndirərək Kolumbiya Universitetinin məşhur dəmir qapıları önündə dairələr təşkil etdilər.

CBS News-un məlumatına görə, kampusda ən böyük insident günorta saatlarında baş verib. Aşağı Memorial Kitabxanasının qarşısındakı Alma Mater heykəli etirazçılar tərəfindən qırmızı boya ilə rənglənib. Ərazi bağlanıb və təmizlik qrupu işə başlayıb.

Fələstin tərəfdarı etirazçılar tələbələrə ötən il niyə etiraz etdiklərini xatırlamalı olduqlarını deyiblər. Onlar payladıqları vərəqələrdə “Yeni tədris ili həyəcanınızı bir kənara qoyun və dollarlarımızla ölən fələstinliləri xatırlayın” ifadəsini işlədiblər.

Kolumbiya Universitetinin sözçüsü Samantha Slater, BBC-yə verdiyi açıqlamada, etirazlara toxunmadan yeni dövrdə universitetin "tədris, bilik yaratma və inkişaf etdirmə missiyasına diqqət yetirdiyini" və təhlükəsiz bir kampus mühiti təmin etmək məqsədlərinin olduğunu söyləyib.

Qeyd edək ki, son tədris ili Nyu York Polis Departamentinin kampus meydanını ələ keçirmiş Fələstin tərəfdarını dağıtması ilə başa çatdı. Tələbələr qısa müddətə bir akademik binanı ələ keçirmişdi və 100-dən çox tələbə polisin müdaxiləsi ilə saxlanılmışdı. Bu hadisələrdən sonra universitet buraxılış mərasimini ləğv etmişdi.

Bu hadisələr zamanı Kolumbiya Universitetinin prezidenti olan Minouche Shafik polisin müdaxiləsinə icazə verdiyi üçün keçən ay istefa verdi.

Kolumbiya Universitetində yeni tədris ili Qəzzaya dəstək ilə başladı
Məqalədə: #Qəzza #Fələstin #Kolumbiya Universiteti

Mövzu üzrə digər xəbərlər

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

18:07
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
18:07
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
18:03
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.