8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

"Microsoft"dan etiraf: İsrail ordusunu süni intellektlə təmin etmişik

17 May 2025 18:37
"Microsoft"dan etiraf: İsrail ordusunu süni intellektlə təmin etmişik

BAKI, AzerVoice

ABŞ-ın "Microsoft" şirkəti ilk dəfə olaraq, Qəzza zolağındakı son hərbi əməliyyatlar zamanı İsrail ordusuna bulud hesablama və süni intellekt texnologiyaları təqdim etdiyini rəsmən etiraf edib.

AzerVoice xəbər verir ki, bu barədə “İndependent” qəzeti məlumat verib.

Məlumata görə, şirkət bu texnologiyaların israilli girovların yerinin müəyyənləşdirilməsi və xilas edilməsinə kömək etdiyini, lakin fələstinlilərin hədəf alınmasında istifadə edildiyinə dair dəlil olmadığını bildirib.

Etiraf, şirkətin rəsmi saytında imzasız şəkildə yerləşdirilən bəyanatda yer alıb.

Mənbələrə görə, İsrailin süni intellekt texnologiyasından hərbi məqsədlərlə istifadəsi əvvəlki dövrlə müqayisədə 200 dəfə artıb. İsrail ordusu, “Microsoft”un “Azure” platformasından istifadə edərək müşahidə vasitələri ilə toplanan məlumatları mətnə çevirir, təhlil edir və süni intellektlə işləyən hədəf sistemlərinə daxil edir.

“Microsoft” bu dəstəyi yalnız 250-dən çox israilli girovun xilasına yönəldilmiş fövqəladə və məhdud yardım kimi təqdim edib. Şirkət, İsrail tərəfindən təqdim edilən bəzi tələbləri rədd etdiyini və göstərilən dəstəyin ciddi nəzarət altında həyata keçirildiyini bildirib. Dəstəyə “Azure” xidmətləri, dil proqramları, bulud saxlama və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq daxildir.

Xatırladaq ki, 2023-cü ilin 7 oktyabr tarxindən bəri Qəzzada 50 minə yaxın insan, əsasən qadın və uşaqlar həyatını itirib, İsrail tərəfdə isə HƏMAS hücumlarında təxminən 1200 nəfər ölüb.

Məqalədə: #Qəzza #İsrail #Süni intellekt #Microsoft #İsrail ordusu #Microsoft Azure #İsrailin hərbi əməliyyatları

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.