7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

Qəzzada sülh üçün İsrailin razılığı mütləqdir - Kaya Kallas

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi verdiyi bəqlanatlarda Qəzza zolağında sülh prosesinin mühüm tərəfdaşı olmaq istədiklərini bəyan edib. Kallas vurğulayıb ki, Fələstin polisinin təlim keçməsi və bölgədə asayişin təmin olunması üçün İsrail tərəfinin rəsmi icazəsi lazımdır. O, həmçinin İordaniya və Misirlə bu mövzuda razılıqların əldə olunduğunu diqqətə çatdırıb.

23 Fevral 2026 12:01
Qəzzada sülh üçün İsrailin razılığı mütləqdir - Kaya Kallas
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi verdiyi bəqlanatlarda Qəzza zolağında sülh prosesinin mühüm tərəfdaşı olmaq istədiklərini bəyan edib.

VOA xəbər verir ki, Kallas vurğulayıb ki, Fələstin polisinin təlim keçməsi və bölgədə asayişin təmin olunması üçün İsrail tərəfinin rəsmi icazəsi lazımdır. O, həmçinin İordaniya və Misirlə bu mövzuda razılıqların əldə olunduğunu diqqətə çatdırıb.

Ali nümayəndənin sözlərinə görə, Aİ-nin Rəfah Sərhəd Yardım Missiyası (EUBAM Refah) və Fələstin Əraziləri Polis Missiyası (EUPOL COPPS) sülh prosesində həlledici rol oynaya bilər. Kallas qeyd edib ki, "HƏMAS"ın silahsızlandırılması prosesində peşəkar Fələstin polisinə ehtiyac var və EUPOL COPPS bu sahədə lazımi dəstəyi verməyə hazırdır. Lakin bütün bu proseslərin icrası İsrailin təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması və onların onayı ilə mümkündür.

Brüsseldə keçirilən görüşün digər mühüm mövzusu isə Rusiyaya qarşı tətbiq ediləcək 20-ci sanksiyalar paketi olub. Kallas etiraf edib ki, hazırda bu paket üzərində üzv ölkələr arasında tam konsensus (yekdillik) yoxdur. Buna baxmayaraq, o, "Lazımi təzyiqi davam etdirəcəyik" deyərək Aİ-nin bu məsələdəki qətiyyətini nümayiş etdirib.

Kaya Kallas Rusiya-Ukrayna danışıqlarında Aİ-nin masa arxasında olmamasından daha çox, Rusiyanın hansı güzəştlərə gedəcəyinin əhəmiyyətli olduğunu bildirib. O, "Kimin Rusiya ilə danışdığından daha önəmli olan Rusiyanın nə kimi tavizlər verəcəyini görməkdir" deyərək, danışıqların keyfiyyətinə və nəticəsinə diqqət çəkib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Kaya Kallas

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.