5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər Digər Xəbərlər
Digər Xəbərlər

İranın Ali Lideri ilə vida mərasimi təxirə salınıb

İran mediası çərşənbə akşamı məlumat yayıb ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi hücum zamanı iqamətgahına endirilən hava zərbələri nəticəsində həlak olan ali rəhbər Əli Xamenei ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində dəfn ediləcək.

4 Mart 2026 15:48
İranın Ali Lideri ilə vida mərasimi təxirə salınıb

BAKI,VOA

İranda Ali Lider Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.

VOA bu barədə İran KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu addım vida mərasiminə çoxlu sayda İran vətəndaşının qatılacağı nəzərə alınaraq lazımi tədbirlərin görülməsi məqsədilə atılıb.

Qeyd edək ki, vida mərasiminin bu gün yerli vaxtla saat 22:00-dan etibarən keçirilməsi planlaşdırılırdı.

xxx
10:40

Bu gün İranda yerli vaxtla saat 22:00-dan etibarən ölkənin Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi keçiriləcək.

VOA-nın məlumatına görə, bunu İranın İslam Təbliğatı Koordinasiya Şurasının sədri Məhəmməd Hüseyn Musapur yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Tehranda İmam Xomeyni Kompleksində (Mosalla) təşkil olunacaq vida mərasiminə bütün vətəndaşların gəlişinə imkan yaradılacaq.

Musapur vida mərasiminin 3 gün ərzində gecə-gündüz təşkil olunacağını deyib.

Şura rəsmisi qeyd edib ki, İranın Ali Liderinin dəfn mərasimi hələlik dəqiqləşməyib və bununla əlaqədar hazırlıq işləri aparılır.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə: #İran #Ayətulla Seyid Əli Xamenei #SEPAH #İsrailin İran hücumu #Məşhəd #ABŞ və İsrailin İran gərginliyi

Mövzu üzrə digər xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

18:03
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
18:03
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.