5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Fələstin
Fələstin

İsrailin Qəzzaya hava hücumlarında 44 fələstinli həlak oldu

20 May 2025 10:42
İsrailin Qəzzaya hava hücumlarında 44 fələstinli həlak oldu

BAKI,AzerVoice

İsrailin bu gün səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 44 fələstinli, o cümlədən çoxlu sayda qadın və uşaq həlak olub.

AzerVoice xəbər verir ki, Fələstin Mülki Müdafiə Xidmətinin sözçüsü Mahmud Bəsəl Frans Press agentliyinə verdiyi açıqlamada bildirib ki, "okupasiya qüvvələrinin bu gün səhər saatlarında həyata keçirdiyi yeni qətliamlarda azı 44 şəhidin cəsədi çıxarılıb, onların böyük əksəriyyəti qadın və uşaqlardır". Hadisə nəticəsində onlarca yaralının olduğu da qeyd edilib.

Ən ağır hücumlardan biri Nusayrat düşərgəsinin qərbində yerləşən “Radi” yanacaqdoldurma məntəqəsinə endirilib. Bu hücumda Nəsar ailəsindən 15 nəfər həyatını itirib, çoxu uşaq olan yaralılar xəstəxanaya çatdırılıb.

Eyni zamanda, Deyr əl-Bəla şəhərində Əbu Səmrə ailəsinə məxsus evə endirilən zərbə nəticəsində 12 nəfər həlak olub. Şimalda yerləşən Qəzza şəhərinin Dirəc məhəlləsində minlərlə məcburi köçkünün sığındığı "Musa bin Nusayr" məktəbinə hücum nəticəsində azı 8 nəfər öldürülüb, çox sayda insan yaralanıb. Məlumatda məktəbin sinif otaqlarının birbaşa vurulduğu qeyd olunub.

Cəbalya düşərgəsində isə əl-Muqəyyid ailəsinin evinə endirilən zərbə nəticəsində 9 nəfər, o cümlədən uşaqlar həlak olub.

Mahmud Bəsəl bildirib ki, "şimal bölgəsində, Xan Yunis və Rəfahda davam edən intensiv bombardmanlar səbəbilə dağıntılar altındakı bir çox insanlara müdaxilə etmək mümkün deyil".

Qəzzada 7 oktyabr 2023-cü ildən bu yana davam edən müharibə nəticəsində fələstinli qurbanların sayı 53 486 nəfərə çatıb. Bunlardan azı 3340 nəfəri, İsrailin 18 martda iki aylıq qısa atəşkəsdən sonra hücumlarını bərpa etməsindən bu yana öldürülüb.

Xatırladaq ki, ötən gün Britaniya, Fransa və Kanada liderləri İsrailə qarşı ciddi tədbirlərin görülə biləcəyi ilə hədələyərək Qəzzadakı hərbi əməliyyatların dayandırılmasını və humanitar yardım üzərindəki məhdudiyyətlərin qaldırılmasını tələb etmişdi.

İsrail ordusu isə keçən cümə yeni əməliyyatlara başladığını açıqlamış, beynəlxalq müşahidəçilər isə bölgədə yaxınlaşmaqda olan genişmiqyaslı aclıq təhlükəsinə dair xəbərdarlıq etmişdi.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Rəfah #İsrail hücumları #Netanyahu və İsrail hökuməti #İsrail və Qəzza #Xan Yunis

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.