6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Səudiyyə Ərəbistanı ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək verəcək

16 Yanvar 2024 11:30
Səudiyyə Ərəbistanı ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək verəcək

Bakı. AzerPress:

Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

AzerPress xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əlvadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb. Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Essam bin Saleh Algetal da iştirak edib.

İmzalanma mərasimi çərçivəsində tərəflər arasında görüş keçirilib. Vüqar Süleymanov Səudiyyə Ərəbistanının Azərbaycanda minatəmizləmə fəaliyyətləri üçün maliyyə töhfəsinə görə Abdullah Məhəmməd Əlvadeyiyə təşəkkür edib. Görüşdə qonağa ölkəmizin üzləşdiyi mina problemi, hazırda həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə fəaliyyətinə göstərilən dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Abdullah Məhəmməd Əlvadeyi Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dost və qardaş münasibətlərdən məmnunluq ifadə edərək, ölkəsinin humanitar minatəmizləmə məsələsində Azərbaycanın yanında olduğunu və ölkəmizi dəstəklədiyini vurğulayıb.

Tədbir zamanı qonaqlar azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış mina və digər partlayıcı sursat nümunələrinin maketlərinin, minaaxtaranın alət və avadanlığının və fərdi qoruyucu geyimlərin nümayiş etdirildiyi sərgi ilə tanış olublar.

Səudiyyə Ərəbistanı ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək verəcək Səudiyyə Ərəbistanı ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək verəcək Səudiyyə Ərəbistanı ölkəmizdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək verəcək
Məqalədə: #Səudiyyə Ərəbistanı #ANAMA

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

10:45
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

5 Sentyabr 13:44

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.