7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

COP29 Təşkilat Komitəsində 12 qadın təmsil olunur - Leyla Abdullayeva

30 Yanvar 2024 21:26
COP29 Təşkilat Komitəsində 12 qadın təmsil olunur - Leyla Abdullayeva

Bakı. AzerVoice:

Beynəlxalq Nəqliyyat Forumunun (İTF) gender və nəqliyyat üzrə 8-ci İllik Məsləhətləşmə iclası keçirilib. Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzində olub.

AzerVoice xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmələr iclasının açılışında çıxış edib.

İTF-nin nəqliyyat dialoqunu asanlaşdırmaq və regional nəqliyyat və kommunikasiya əlaqələrini gücləndirmək üçün səmərəli qlobal platforma olduğunu deyən səfir Leyla Abdullayeva ölkəmizin regionda dayanıqlı və davamlı nəliyyat üçün multimodal nəqliyyat marşurutlarının inkişafı istiqamətində konkret addımlar atdığını bildirib.

2025-2026-cı illərdə təşkilata Azərbaycanın sədrlik edəcəyini bildirən Leyla Abdullayeva ölkəmizin sədrlik müddətində İTF-nin məqsəd və mühüm rolunu təşviq etmək üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Bu ilin sonunda Bakının ev sahibliyi edəcəyi COP29-un, həmçinin, nəqliyyat sahəsinin dekarbonizasiyası ilə bağlı məsələlərin müzakirəsi üçün imkan yaradacağına ümid ifadə edilib.

Səfir L.Abdullayeva əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflər Konfransında Azərbaycan 2050-ci ilədək istixana qazlarının emissiya səviyyəsinin 40 faiz azaldılması istiqamətində öhdəlik götürüb, eləcə də işğaldan azad edilmiş ərazilərin “xalis sıfır emissiya” zonası elan edilməsi, Böyük Britaniyanın təşəbbüsü ilə həyata keçirilən ZEV (Zero Emission Vehicles) bəyanatına qoşulduğumuz iştirakçıların diqqətinə çatdırılıb.

Bakının ev sahibliyi edəcəyi COP29-la bağlı səfir L. Abdullayeva qeyd edib ki, ümumi yanaşma əvvəlki COP konfranslarının uğurlarına və dövlətlərin götürdüyü öhdəliklərə əsaslanmaqdır. Vurğulanıb ki, məqsədimiz bu öhdəlikləri irəli aparmaqdır.

“COP29-un hazırlanmasında ilk addımlar atılıb, Təşkilat Komitəsi yaradılıb və komitədə 12 qadın təmsil olunur. COP29-un mandatlı vəzifələrində mükəmməl gender balansı təmin edilib, 6 vəzifədən 3-də qadın təmsil olunur”, - deyə səfir L. Abdullayeva qeyd edib.

Səfir, həmçinin gender və nəqliyyat, eləcə də nəqliyyat sektorunda gender bərabərliyinin vəziyyəti ilə bağlı məlumat verib. O, nəqliyyat sahəsinin ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi sektor olduğunu bildirərək, gender bərabərliyinin təşviqi, nəqliyyat sektorunda qadınların səlahiyyətlərinin, eləcə də bu sahədə qərarların qəbulu prosesində qadınların rolunun artırılması ilə bağlı maarifləndirmənin vacibliyini qeyd edib.

Səfir iştirakçıların diqqətinə Azərbaycanın nəqliyyat sektorunda qadınların məşğulluğu ilə bağlı statistik məlumatları təqdim edib. Ümumilikdə, ölkəmizdə nəqliyyat sahəsində xüsusilə nəqliyyatın planlaşdırılması və gündəlik işin təmin edilməsində qadınların səsinin eşidildiyi, gender bərabərliyinin təmin edilməsi üçün mühüm addımların atıldığı, əlbəttə ki, daha yaxşı nəticələrin əldə edilməsi üçün müvafiq işlərin görüləcəyi vurğulanıb.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) gender və nəqliyyat üzrə 9-cu İllik Məsləhətləşmə iclası keçirilir. Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzində olub. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının illik məsləhətləşmələr iclasında ölkəmizi təmsil edir. İclasda Azərbaycanın regionda dayanıqlı və davamlı nəqliyyat üçün multimodal nəqliyyat marşrutlarının inkişafı istiqamətində atdığı konkret addımlardan danışılacaq.

COP29 Təşkilat Komitəsində 12 qadın təmsil olunur - Leyla Abdullayeva
Məqalədə: #Azərbaycan #Leyla Abdullayeva

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.