7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.

27 Fevral 2025 12:48
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb

Bakı,AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bəhreynli nazir COP29 çərçivəsində Azərbaycana səfərini xatırladaraq ölkəsinin ətraf mühitin mühafizəsi, ekoloji və iqlim vəziyyətinin inkişafına töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva müasir dövrdə ətraf mühitin qorunmasına yönəlik birgə təşəbbüslərin planetimizin və insanların gələcəyi üçün önəmli olduğunu bildirib.

Danışıqlar zamanı su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər, çirkab suların təmizlənməsi və irriqasiyaya yönləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşüb
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Bəhreyn #IDEA #Mohammed bin Mubarak Bin Dinah

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

5 Sentyabr 19:49
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53
İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
İordaniya

İordaniya və Bəhreyn liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

4 Sentyabr 10:01
Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib
Bəhreyn

Bəhreyn İranın Küveytə hücumlarını kəskin pisləyib

3 Sentyabr 18:53

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.