8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Ceyhun Bayramov Şimali Makedoniya XİN rəhbərini regional vəziyyət barədə məlumatlandırıb

12 Mart 2025 12:00
Ceyhun Bayramov Şimali Makedoniya XİN rəhbərini regional vəziyyət barədə məlumatlandırıb

Bakı,AzerVoice

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Muçunski ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, siyasi dialoqun inkişafı, iqtisadi, ticarət, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Şimali Makedoniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanların müəyyən edilməsinin, ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edərək Azərbaycanın enerji təchizatçısı və tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd ediblər. Bu çərçivədə bərpa olunan enerji və alternativ enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin turizm sahəsində əlaqələrin inkişafı üçün potensial imkanlar dəyərləndirilib. Hər iki ölkənin zəngin mədəni irsi və turizm imkanlarının tanıdılması istiqamətində birgə işlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-yenidənqurma işləri, mina təhdidləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə həmkarına məlumat verərək bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində ölkəmizin səylərini diqqətə çatdırıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Azərbaycan hökuməti ilə Şimali Makedoniya hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişin imzalanma mərasimi hər iki nazirin iştirakı ilə baş tutub.

Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Şimali Makedoniya

Mövzu üzrə digər xəbərlər

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Siyasət

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir

10:00

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.