6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

3 İyul 2024 21:50
Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir

Bakı, VOA

Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir.

Xarici İşlər Nazirliyindən VOA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Astanada ikitərəfli və çoxtərəfli görüşləri ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın suallarına cavabında bildirib.

Ayxan Hacızadə bildirib ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və əməkdaşlıq əlaqələri son illər ərzində yüksələn xətlə inkişaf etməkdədir.

"Azərbaycan və Çin liderləri arasındakı səmimi dostluq və əməkdaşlıq əlaqələri dövlətlərarası münasibətlərimizin inkişafına böyük təkan verib və bu görüş bir daha göstərdi ki, Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir.

Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan isə “Vahid Çin” siyasətini dəstəkləyib.

Görüş zamanı, Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı əlaqələrin keyfiyyətcə yeni, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə dair qərar verib və Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə ilə çıxış ediblər.

Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında Kəmər və Yol Təşəbbüsü üzrə Əməkdaşlıq Planının formalaşdırılmasının birgə sürətləndirilməsinə dair Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının sübutudur. Eyni zamanda, Azərbaycanın birtərəfli qaydada Çin vətəndaşlarını ölkəyə gəliş vizasından azad etməsi və bunun növbəti mərhələdə qarşılıqlı olması barədə XİN-lər arasında işin aparılmasına dair razılıq turizmin və xalqlarımız arasında əlaqələrin artmasını təşviq edəcəkdir.

Həmçinin iki ölkə liderlərinin qarşılıqlı şəkildə Azərbaycan və Çinə dövlət səfərləri həyata keçirmək istiqamətində dəvətlərinin əlaqələrin inkişafına əlavə töhfə verəcəyi danılmazdır.

Əminik ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirəcəkdir. Strateji tərəfdaşlığımız eyni zamanda, iqtisadiyyat, ticarət, nəqliyyat və investisiyalar və bir çox digər sahələrdə əməkdaşlığımızın həm kəmiyyət, həm keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəkdir", - deyə o bildirib.

Məqalədə: #Azərbaycan #Çin

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.