5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb.

27 Oktyabr 2025 16:00
Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb

BAKI,AzerVoice

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb.

AzerVoice xəbər verir ki, çərçivə Sənədini iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva imzalayıblar.

Sənəd qarşıdakı beş il üçün Azərbaycan və BMT arasında tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edir, dayanıqlı inkişafın təşviqi və ölkəmizdə insanların rifahının artırılması istiqamətində birgə öhdəlikləri əks etdirir.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycan və BMT arasındakı möhkəm tərəfdaşlığın rolunu vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin imzalanması insanların və planetin dayanıqlı inkişafı üçün yeni və gələcəyə yönəlmiş əməkdaşlığın başlanğıcıdır.

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu nəzərə çatdırıb. Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, bu istiqamətdə qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi qeyd edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizlə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığı vurğulayıb. Tərəfdaşlığın davamlı inkişaf üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaratdığını bildirib. Birgə fəaliyyətin yeni mərhələsi olan Çərçivə Sənədinin əvvəlki əməkdaşlıq dövrlərində əldə edilmiş nailiyyətlərə əsaslandığı və Azərbaycanın uzunmüddətli sosial-iqtisadi prioritetləri, o cümlədən insan kapitalının inkişafı, innovasiyaların, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli yaşıl keçidin təşviqi, inklüziv artımın təmin edilməsi istiqamətində səyləri ilə uzlaşdığı bildirilib.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılar BMT-nin 80 il ərzində həyata keçirdiyi qlobal fəaliyyəti və Azərbaycanın Təşkilatla əməkdaşlığı çərçivəsində 2030 Gündəliyinə doğru irəliləyişi müzakirə ediblər.

Tədbirdə həmçinin BMT-nin sülhün, ləyaqətin və hamı üçün firavanlığın təşviqinə həsr olunmuş 80 illik tarixini əks etdirən “Yaşayan miras” (“A Living Legacy”) adlı qısa film nümayiş etdirilib.

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb
Məqalədə: #Azərbaycan #BMT #İqtisadiyyat Nazirliyi #Mikayıl Cabbarov #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #Birləşmiş Millətlər Təşkilatı

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.