11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

Azərbaycan və Türkiyə arasında hərbi təhlükəsizlik möhkəmləndiriləcək

16 Dekabr 2025 12:39
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

BAKI,AzerVoice

Azərbaycan və Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizlik möhkəmləndiriləcək.

AzerVoice-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 22 iyul 2025-ci il tarixində İstanbul şəhərində, Azərbaycan Respublikasının müdafiə naziri və Türkiyə Respublikasının milli müdafiə naziri tərəfindən imzalanıb.

Bu Anlaşma Memorandumunun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir.

Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.

Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Tərəflər dinc dövrdə mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər.

Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını ehtiva edir.

Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirirlər, buna müvafiq olaraq, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Məqalədə: #Türkiyə #Azərbaycan #Türkiyənin Milli Müdafiə nazirliyi #Bakı #Milli Məclis #Ankara #Müdafiə Nazirliyi #Müdafiə sahəsində əməkdaşlıq #anlaşma memorandumu #Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı #Müdafiə Nazirlikləri arasında memorandum

Mövzu üzrə digər xəbərlər

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

08:00
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.