6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

18 Dekabr 2025 15:52
Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

BAKI, AzerVoice

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir.

AzerVoice xəbər verir ki, forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər.

Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Tədbirdə dövlət orqanlarının, aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edir. Azərbaycan tərəfini Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin Kommunikasiya Siyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Kütləvi İnformasiya vasitələri ilə əlaqələr sektorunun müdiri Kamran Qasımov, həmin şöbənin KİV ilə əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Media İnkişafı Agentliyinin icraçı direktor müavini Natiq Məmmədli, Trend BİA-nın direktor müavini və Baku Network Analitik Mərkəzinin rəhbəri Elçin Alıoğlu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev, eləcə də APA İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Analitika Departamentinin rəhbəri Faiq Məmmədov təmsil edirlər.

Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə, ictimai rəylərə və regional sabitliyə təsiri, eləcə də müasir informasiya mühitində birgə fəaliyyətin praktik mexanizmləri müzakirə olunacaq. 2025-ci il üçün Türk Dövlətləri Təşkilatının informasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq forum media savadlılığı , informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistikası sahəsində bilik və təcrübə mübadiləsi platformasına çevriləcək.

Xəbər yenilənəcək

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir
Məqalədə: #Türkiyə #Azərbaycan #Qazaxıstan #Özbəkistan #Türk Dövlətləri Təşkilatının (TDT) #Qırğızıstan #Macarıstan #Şimali Kİpr Türk Respublikası #Ankara #Türkmənistan

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.