8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və İordaniya arasında əməkdaşlıq genişlənir

2 Fevral 2026 13:12
Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

BAKI,AzerVoice

Azərbaycan və İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım həyata keçiriləcək.

AzerVoice-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.

22 maddədən ibarət olan saziş müəyyən edilmiş qaydalara və şərtlərə uyğun olaraq hər iki Tərəfin gömrük orqanları arasında gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqinin təmin edilməsi, bu qanunvericiliyin pozulmasının qarşısının alınması, aşkar edilməsi və araşdırılması vasitəsilə bir-birlərinə yardım edilməsini nəzərdə tutur.

Sazişdə tərəflərin qeyd olunan bu məsələlərlə əlaqədar olaraq müvafiq orqanının sorğusu əsasında zəruri məlumatları təqdim etməsi, zəruri hesab edilən məlumatları təqdim etməklə könüllü yardımın edilməsi, texniki yardım, həssas malların qanunsuz dövriyyəsi barədə məlumat, nəzarətli göndəriş, yardım üçün sorğunun forma və məzmunu, sorğuların icra qaydası, istisnalar, konfidensiallıq, məlumatlardan istifadə qaydası və s. məsələlərə dair zəruri müddəalar əks olunub.

Sazişin digər müddəaları qüvvəyə minmə, müddət, ləğvetmə və digər əlaqədar məsələləri tənzimləyir.

Qeyd edilib ki, Azərbaycan Respublikası tərəfindən əvvəlki illərdə oxşar sazişlər Səudiyyə Ərəbistanı Krallığı, Mərakeş Krallığı, Montenegro, Küveyt Dövləti Hökuməti, Birləşmiş Ərəb Əmirlikləri, Makedoniya, İsrail, Serbiya, Argentina və bir sıra digər ölkələrlə də imzalanıb.

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Məqalədə: #Azərbaycan #Milli Məclis #İordaniya #ikitərəfli əməkdaşlıq #ikitərəfli görüş

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb

5 Sentyabr 16:47
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.