4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib

Fevralın 24-də Heydər Əliyev Fondunun, “PASHA Holding”in və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında keçirilib.

25 Fevral 2026 11:18
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Fevralın 24-də Heydər Əliyev Fondunun, “PASHA Holding”in və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və usta toxucularının birgə zəhməti nəticəsində Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında keçirilib.

VOA xəbər verir ki, xalçaların kəsim mərasimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə olub. Leyla Əliyeva emalatxananın fəaliyyəti ilə tanış olub, toxucularla söhbət edib, xalçalara son ilmələri atdıqdan sonra Şuşa məscidi üçün hazırlanan xalçaların kəsim mərasimində iştirak edib.

Qeyd edək ki, Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Hər birinin eni 12, uzunluğu 19 metr olan iki xalçanın ümumi uzunluğu 38 metrdir. Məscidin qadınların ibadəti üçün nəzərdə tutulan hissəsindən ötrü hazırlanan bu iki xalçanın toxunmasına 2025-ci il yanvarın 21-də başlanılıb. Şabranda toxunan iki xalçanın ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib, onlar 50 milyona yaxın ilmə atıblar. Xalçalar Azərbaycan xalçaçılıq sənətinin yüksək peşəkarlığını və zəngin bədii irsini özündə əks etdirir. Xalçanın tam şəkildə toxunması üçün xüsusi olaraq yeni və fərqli üslubda iki dəzgah sifariş edilib. Dəzgahlar xaricdən dəvət olunmuş mütəxəssis qrupu tərəfindən məhz “Azərxalça” ASC üçün hazırlanıb.

Xatırladaq ki, Şuşa məscidinin birinci mərtəbəsi üçün hazırlanmış, diametri 22,17 metr olan və ümumdünya xalçaçılıq tarixində analoqu olmayan dairəvi əl xalçasının kəsilməsi mərasimi bu ay Leyla Əliyevanın iştirakı ilə keçirilmişdi. “Qarabağ” xalça qrupuna aid motivlər və “Xətai” ornamentləri əsasında hazırlanan həmin nadir sənət əsərinin toxunma prosesində 150 toxucu xanım iştirak edib, xalçaya təxminən 60 milyon ilmə vurulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərxalça” ASC-nin Şuşa məscidi üçün hazırladığı növbəti xalçalarının kəsim mərasimində iştirak edib
Məqalədə: #Azərbaycan #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Azərxalça ASC #PASHA Holding

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.