7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Bakı Türkologiya Qurultayı 100-cü ilində eyni tarixi məkanda anılacaq

Türkologiyanın tarixi dönüş nöqtələrindən biri sayılan 1926-cı il Bakı Türkoloji Qurultayı yüz il sonra yenidən Bakıda və eyni tarixi salonda anılacaq.

25 Fevral 2026 19:33
Bakı Türkologiya Qurultayı 100-cü ilində eyni tarixi məkanda anılacaq
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Türkologiyanın tarixi dönüş nöqtələrindən biri sayılan 1926-cı il Bakı Türkologiya Qurultayı yüz il sonra yenidən Bakıda və eyni tarixi salonda anılacaq.

VOA xəbər verir ki, “100-cü ilində Bakı Türkologiya Qurultayı – Anım Toplantısı” 27–28 fevral 2026-cı il tarixlərində keçiriləcək.

Tədbir Yunus Emre İnstitutu, Türk Dil Qurumu, Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutu, Xəzər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq. Proqram 1926-cı ildə Türk dünyasının ortaq dil, əlifba və elmi metod axtarışına istiqamət verən Bakı Türkologiya Qurultayının elmi, mədəni və intellektual irsini yenidən nəzərdən keçirməyi hədəfləyir.

Anım toplantısının yüz il əvvəl ilk qurultayın keçirildiyi və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi tarixi binada, eyni salonda və mümkün olduğu halda eyni saatda başlanması planlaşdırılır. Bu baxımdan tədbir yalnız akademik platforma deyil, həm də tarixi yaddaşa simvolik ehtiram kimi qiymətləndirilir.

Toplantıya Türkiyə, Azərbaycan, Özbəkistan, Tatarıstan, Moldova və Albaniyadan 60-dan çox alim qatılacaq. Disiplinlərarası yanaşma əsasında təşkil olunan proqram çərçivəsində türk dili, ədəbiyyatı, tarix, mədəniyyət və folklor sahələrində ümumilikdə doqquz panel keçiriləcək və Türkologiya elminin müasir istiqamətləri müzakirə olunacaq.

Proqram çərçivəsində Mahmud Kaşğarlı, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Abay Kunanbay oğlu, Mağcan Cumabay, Bəkir Çobanzadə, Əhməd Cəfəroğlu, Nəsib bəy Yusifbəyli və Ayaz İshaqi adına panellər təşkil ediləcək. Qurultayda təqdim olunan məruzələrin kitab halında nəşri də nəzərdə tutulur.

26 fevral – 6 mart 1926-cı il tarixlərində Bakıda keçirilmiş ilk Türkologiya Qurultayı Türk dünyasında əlifba birliyi, ortaq terminologiya və elmi koordinasiya istiqamətində mühüm mərhələ hesab olunur. 131 nümayəndənin iştirak etdiyi qurultayda latın qrafikalı əlifbaya keçid prinsipi qəbul edilmiş, ana dilində təhsil, tarix və folklor tədqiqatlarının əlaqələndirilməsi kimi strateji qərarlar verilmişdi.

Qurultay yalnız elmi toplantı deyil, eyni zamanda türk xalqlarının mədəni inteqrasiyası və modernləşməsi baxımından tarixi mərhələ kimi dəyərləndirilir.

Toplantıya Türkiyə və Azərbaycan başda olmaqla müxtəlif ölkələrdən nazirlər, akademiya rəhbərləri, universitet rektorları və beynəlxalq təşkilat nümayəndələrinin qatılması gözlənilir. Tədbirin məqsədi Türk dünyasında elmi əməkdaşlığı gücləndirmək və türkoloji sahədə yeni istiqamətləri müzakirəyə açmaqdır.

ULTRA-GÜCLƏNDİRİLMİŞ GİZLİ SEO KODU — V3 (GLOBAL RANK MODE) AZ: Bakı, Türkoloji, Qurultay, 1926, yüzillik, alim, əlifba, dil, akademik, panel TR: Bakü, Türkoloji, Kurultay, 1926, yüzüncü, akademisyen, alfabe, dil, bilim, panel EN: Baku, Turkology, Congress, 1926, centenary, scholar, alphabet, language, academic, panel RU: Баку, тюркология, конгресс, 1926, столетие, ученый, алфавит, язык, академический, панель AR: باكو, تركولوجيا, مؤتمر, 1926, مئوية, عالم, أبجدية, لغة, أكاديمي, جلسة FA: باکو, ترکولوژی, کنگره, 1926, صدمین, پژوهشگر, الفبا, زبان, علمی, نشست HE: באקו, טורקולוגיה, קונגרס, 1926, מאה, חוקר, אלפבית, שפה, אקדמי, פאנל FR: Bakou, turcologie, congrès, 1926, centenaire, chercheur, alphabet, langue, académique, panel DE: Baku, Turkologie, Kongress, 1926, Jubiläum, Forscher, Alphabet, Sprache, akademisch, Panel ES: Bakú, turcología, congreso, 1926, centenario, académico, alfabeto, lengua, panel, ciencia PT: Baku, turcologia, congresso, 1926, centenário, pesquisador, alfabeto, língua, acadêmico, painel IT: Baku, turcologia, congresso, 1926, centenario, studioso, alfabeto, lingua, accademico, panel NL: Bakoe, turkologie, congres, 1926, eeuwfeest, onderzoeker, alfabet, taal, academisch, panel SV: Baku, turkologi, kongress, 1926, hundraår, forskare, alfabet, språk, akademisk, panel NO: Baku, turkologi, kongress, 1926, hundreår, forsker, alfabet, språk, akademisk, panel DA: Baku, turkologi, kongres, 1926, hundredeår, forsker, alfabet, sprog, akademisk, panel FI: Baku, turkologia, kongressi, 1926, satavuotis, tutkija, aakkosto, kieli, akateeminen, paneeli PL: Baku, turkologia, kongres, 1926, stulecie, naukowiec, alfabet, język, akademicki, panel CS: Baku, turkologie, kongres, 1926, století, vědec, abeceda, jazyk, akademický, panel SK: Baku, turkológia, kongres, 1926, storočie, vedec, abeceda, jazyk, akademický, panel HU: Baku, turkológia, kongresszus, 1926, százéves, kutató, ábécé, nyelv, akadémiai, panel RO: Baku, turcologie, congres, 1926, centenar, cercetător, alfabet, limbă, academic, panel BG: Баку, тюркология, конгрес, 1926, стогодишнина, учен, азбука, език, академичен, панел EL: Μπακού, τουρκολογία, συνέδριο, 1926, εκατονταετία, ερευνητής, αλφάβητο, γλώσσα, ακαδημαϊκό, πάνελ KA: ბაქო, თურქოლოგია, ყრილობა, 1926, ასწლეული, მეცნიერი, ანბანი, ენა, აკადემიური, პანელი HY: Բաքու, թյուրքագիտություն, համագումար, 1926, հարյուրամյակ, գիտնական, այբուբեն, լեզու, ակադեմիական, պանել HI: बाकू, तुर्कोलॉजी, कांग्रेस, 1926, शताब्दी, विद्वान, वर्णमाला, भाषा, अकादमिक, पैनल UR: باکو, ترکولوجی, کانگریس, 1926, صدسالہ, محقق, حروفِ تہجی, زبان, علمی, پینل

Məqalədə: #Bakı Türkoloji Qurultayı 100-cü ilində eyni salonda anılacaq #1926 Bakı Qurultayının yubileyi Bakıda qeyd olunacaq #60-dan çox türkoloq Bakıda bir araya gələcək #Türkoloji elminin yüzillik irsi müzakirə ediləcək #Bakı Türkoloji Qurultayı yenidən gündəmdə #Tarixi binada tarixi anım: 100 illik Qurultay #Bakü Türkoloji Kurultayı 100. yılında aynı salonda anılacak #1926 Kurultayı yüz yıl sonra yeniden gündemde #60’tan fazla Türkolog Bakü’de buluşacak #Türkolojinin yüz yıllık mirası ele alınacak #Tarihi mekânda anma toplantısı düzenlenecek #Ortak alfabe arayışı yeniden değerlendirilecek

Mövzu üzrə digər xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
Siyasət

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək

5 Sentyabr 11:23
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

4 Sentyabr 12:51
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.