7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan Orta Dəhlizin əsas bağlantı mərkəzlərindən biridir - Şahmar Mövsümov

Ş.Mövsümov əlavə edib ki, ötən il Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən ümumilikdə 4,7 milyon ton yük daşınıb.

13 Mart 2026 16:52
Azərbaycan Orta Dəhlizin əsas bağlantı mərkəzlərindən biridir - Şahmar Mövsümov

BAKI,VOA

Azərbaycan Şərq və Qərbi, Şimal və Cənubu birləşdirməyə imkan verən unikal coğrafi mövqeyə malikdir və ölkə bu mövqedən maksimum səmərə ilə istifadə etməyə can atır.

VOA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Orta Dəhliz və Avrasiya bağlantısına açılan qapı” panel iclasında deyib.

Onun sözlərinə görə, ticarət və nəqliyyat dəhlizləri sahəsində hər hansı əməkdaşlıq dayanıqlı sülh və tərəfdaşlıq olmadan mümkün deyil.

“Bu kontekstdə ötən il münaqişənin başa çatmasına nail olundu və Ağ evdə tarixi razılaşma imzalandı. Orada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan regionda uzunmüddətli münaqişəyə son qoyan və sülh, əməkdaşlıq üçün əsas yaradan bəyannaməni imzaladılar”, – deyə o qeyd edib.

Ş.Mövsümov əlavə edib ki, ötən il Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən ümumilikdə 4,7 milyon ton yük daşınıb.

“Lakin dəhlizlər yalnız marşrutlar deyil. Qeyd olunduğu kimi, onlar həm də enerji və rəqəmsal bağlantılardır. İnkişaf etmiş enerji infrastrukturu və Azərbaycan dəhlizi üzrə həyata keçirilən layihələr burada əsas rol oynayır. Biz dünyanın 16-dan çox ölkəsinə qaz tədarük edirik. Qara dənizlə elektrik kabeli üzrə yeni layihə hazırda həyata keçirilir və bu layihə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirməyi hədəfləyir ki, bu da Xəzər regionundan Avropaya iri həcmdə “yaşıl elektrik enerjisi"nin ötürülməsinə imkan verəcək”, – deyə o bildirib.

Şahmar Mövsümov vurğulayıb ki, effektiv dəhlizlər harmoniyalaşdırılmış gömrük prosedurlarını, infrastruktur üzrə sinxronlaşdırılmış investisiyaları və inteqrasiya olunmuş rəqəmsal sistemlərin olmasını tələb edir.

Məqalədə: #Azərbaycan #Prezident Administrasiyası #XIII Qlobal Bakı Forumu #Şahmar Mövsümov

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.