7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib. Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər baş tutub.

19 Aprel 2026 10:58
Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb

BAKI.VOA:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib. Səfər çərçivəsində bir sıra əhəmiyyətli görüş və tədbirlər baş tutub.

Bu barədə VOA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitə sədri və əməkdaşları Azərbaycan Respublikasının Meksikadakı səfirliyini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla anıblar. Tədbir çərçivəsində Ulu Öndərin 1982-ci ildə Meksikaya etdiyi rəsmi səfərə dair videoreportaj nümayiş olunub, həmin tarixi səfərin yaddaqalan olduğu vurğulanıb.

Daha sonra paytaxt Mexikonun mərkəzi Paseo Reforma prospektində yerləşən Meksika-Azərbaycan Dostluq Parkı ziyarət olunub. Bu dostluq parkı iki xalq arasında mehriban münasibətlərin rəmzi kimi qiymətləndirilir.

Səfərin əsas məqamlarından biri Meksika Xarici İşlər Nazirliyində keçirilən görüş olub. Komitə sədri Meksika Xarici İşlər Nazirliyində Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutun rəhbəri Tatyana Klutye ilə görüşüb. Görüşdə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın diaspor siyasətinin dinamik inkişaf etdiyi xüsusi vurğulanıb, həmçinin hər iki ölkənin xaricdə yaşayan vətəndaşlarla iş sahəsindəki yanaşmaları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Komitə sədri rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti və həyata keçirilən mühüm layihələrdən danışıb, xaricdəki Azərbaycan icmalarının ümummilli dəyərlər ətrafında sıx birləşdiklərini, ölkəmizin xaricdəki "yumşaq güc"ünə çevrilmək yolunda uğur qazandıqlarını ifadə edib. Həmçinin, 20 xarici ölkədə 32 Azərbaycan Evinin, 100-ə yaxın həftəsonu məktəbinin yaradıldığını, həyata keçirilən layihələrin yüzminlərlə soydaşımızı əhatə etdiyini, xaricdə yaşayan azərbaycanlıların uğurlu inteqrasiyasını və yaşadıqları ölkələrin ictimai-siyasi həyatındakı müsbət rollarını diqqətə çatdırıb.

Tatyana Klutye öz növbəsində qeyd edib ki, rəhbərlik etdiyi qurum dünyanın müxtəlif ölkələrində yaşayan meksikalı miqrantların hüquqlarının qorunması, milli kimliklərinin saxlanılması ilə yanaşı, onların sahibkarlıq fəaliyyətinin inkişafına, xüsusilə qadınların biznes fəaliyyətinə cəlb olunmasına və uşaqların təhsilinə dəstək göstərilməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, Meksika dövləti diaspor siyasətinə böyük önəm verir, çünki təkcə Amerika Birləşmiş Ştatlarında 11 milyon meksikalı yaşayır.

Görüşdə Azərbaycan Respublikasının Meksikadakı səfiri Seymur Fətəliyev və səfirliyin əməkdaşları iştirak edib.

Görüş "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdə Yaşayan Meksikalılar İnstitutu vasitəsilə Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"nun imzalanması ilə yekunlaşıb.

Bu mühüm sənəd xaricdə yaşayan azərbaycanlı və meksikalı icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsini, onların hüquq və maraqlarının qorunmasını, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər arasında müntəzəm məsləhətləşmələrin aparılması, informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihə və təlim proqramlarının təşkili planlaşdırılır. Sənəd iki ölkə arasında diaspor sahəsində əməkdaşlığın institusional əsaslarını möhkəmləndirərək gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.

Ümumilikdə bu səfər və imzalanan memorandum Azərbaycan-Meksika münasibətlərinin inkişafına mühüm töhfə verməklə yanaşı, diaspor fəaliyyətinin daha səmərəli və koordinasiyalı şəkildə həyata keçirilməsi baxımından yeni imkanlar açır.

Məqalədə: #Azərbaycan #Meksika #Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.