7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Trampa müraciət edib

Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq ABŞ Prezidenti Donald Trampa müraciət edib.

28 Aprel 2026 21:57
Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Trampa müraciət edib

BAKI,VOA

Azərbaycanın diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq ABŞ Prezidenti Donald Trampa müraciət edib.

VOA xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar milli maraqlar və tarixi həqiqətlərlə bağlı məsələlərdə hər zaman fəallıq nümayiş etdirərək prinsipial mövqe sərgiləyiblər.

ABŞ-nin Nyu York şəhərinin meri Zohran Kvame Mamdaninin "X" platformasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız və qərəzli fikirlər diasporumuzun etirazı ilə qarşılanıb.

Kanadada fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti, Kanada Azərbaycan Evi, "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, "Az Media" Media qrupu, eləcə də İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzi və "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Nyu York merinin iddialarının beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayaraq ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıblar.

Məktublarda Nyu York merinin Azərbaycan xalqına qarşı səsləndirdiyi ittihamlarla bağlı ciddi narahatlıq ifadə edilib. Qeyd olunub ki, ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmalar konstruktiv prosesə mənfi təsir göstərə bilər. Eyni zamanda vurğulanıb ki, Qarabağ bölgəsində yaşayan erməni əsilli əhaliyə reinteqrasiya çərçivəsində bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif olunub, onların sosial-iqtisadi həyata inteqrasiyası üçün konkret addımlar atılıb. Mülki şəxslərə qarşı etnik zəmində hər hansı zorakılıq faktı qeydə alınmayıb və bu istiqamətdə beynəlxalq hüququn prinsiplərinə uyğun davranış sərgilənib. Məktublarda, həmçinin Xocalı faciəsinin ağır nəticələri xatırladılaraq, bu hadisəyə hələ də beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilmədiyi diqqətə çatdırılıb.

Məktublarda Donald Trampdan Azərbaycan xalqına qarşı səsləndirilən əsassız ittihamlarla bağlı məsələyə diqqət yetirilməsi xahiş olunub.

Məqalədə: #Donald Tramp #Nyu-York #Zahran Mamdani

Mövzu üzrə digər xəbərlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
Digər Dövlətlər

ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır

5 Sentyabr 18:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.