6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Azərbaycan–Slovakiya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Slovakiya dövlət katibi Marek Eştok ilə görüşüb.

12 İyun 2026 22:33
Azərbaycan–Slovakiya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

BAKI,VOA

12 iyun tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştoku qəbul edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı, Azərbaycan–Slovakiya ikitərəfli və çoxtərəfli münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun, qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.

Eyni gündə, Azərbaycan Respublikası və Slovakiya Respublikası Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Slovakiya nümayəndə heyətinə isə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştok rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Slovakiya arasında çoxşaxəli strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaş olduğu mühüm regional və beynəlxalq nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz çərçivəsində oynadığı strateji rol müsbət qiymətləndirilib. Həmçinin, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərini müzakirə ediblər.

Məsləhətləşmələr zamanı tərəflər regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri və minatəmizləmə tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Slovakiya #strateji tərəfdaşlıq #siyasi məsləhətləşmə #Marek Eştok

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.