5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Fələstinin Baş naziri Məhəmməd Mustafa ilə görüş keçirib. Tərəflər Azərbaycan–Fələstin münasibətlərinin hazırkı vəziyyətini və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Sahibə Qafarova Azərbaycanın Fələstin məsələsində prinsipial mövqeyini bir daha vurğulayıb. Görüşdə parlamentlərarası əlaqələrin, humanitar əməkdaşlığın, təhsil və mədəniyyət sahələrində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Məhəmməd Mustafa Azərbaycanın göstərdiyi siyasi, diplomatik və humanitar dəstəyə görə təşəkkür edib. O, Fələstinin "iki dövlət" prinsipi əsasında sülhə sadiq qaldığını bildirib. Baş nazir iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Görüş qarşılıqlı dostluq və əməkdaşlığın inkişafına yönəlmiş fikir mübadiləsi ilə başa çatıb.

16 İyul 2026 17:37
Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

BAKI,VOA

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 16-da ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq münasibətlərindən və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdan bəhs edən parlamentin spikeri qeyd edib ki, ölkələrimizi ortaq dini-mənəvi və ailə dəyərləri, habelə xalqlarımız arasında mövcud olan dostluq münasibətləri birləşdirir. Dövlətlərarası əlaqələrin dərinləşməsində yüksək səviyyəli səfərlərin, eləcə də keçirilən görüşlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, Fələstin Baş nazirinin ölkəmizə cari səfərinin iki ölkə arasında münasibətlərin daha da inkişafına və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Spiker Sahibə Qafarova Azərbaycanın Fələstin məsələsində prinsipial mövqe tutduğunu qeyd edərək, bu mövqeyin beynəlxalq təşkilatlar çərçivəsində də ardıcıl şəkildə izləndiyini vurğulayıb.

Söhbət zamanı 2023-cü ildə Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin inkişafında mühüm addım olduğu vurğulanıb. Parlamentin sədri xatırladıb ki, 2022-ci ilin noyabr ayında Milli Məclis bu Ofisin təsis edilməsi haqqında qanunu yekdilliklə qəbul edib.

Parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunan Sahibə Qafarova qeyd edib ki, Azərbaycan parlamenti Fələstin Milli Şurası ilə həm ikitərəfli formatda, həm də Parlamentlərarası İttifaq, İƏT Parlament İttifaqı (PUIC), Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində səmərəli əməkdaşlıq edir. Diqqətə çatdırılıb ki, Azərbaycan beynəlxalq təşkilatlar və digər çoxtərəfli platformalar çərçivəsində Fələstin məsələsini daim diqqət mərkəzində saxlayır və bu məsələyə xüsusi həssaslıqla yanaşır.

Görüşdə humanitar, xüsusilə təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub. Azərbaycanda fələstinli tələbələrin təhsil almasından məmnunluq ifadə edilərək, "Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı" proqramının onlara yaratdığı əlverişli imkanlar yüksək qiymətləndirilib.

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa Azərbaycan dövlətinə, xalqına və parlamentinə Fələstin məsələsində göstərilən ardıcıl siyasi, diplomatik, humanitar dəstəyə görə təşəkkür edib. Azərbaycan Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edən qonaq, ölkə rəhbərliyinin davamlı dəstəyinin Fələstin xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb. Baş nazir, həmçinin Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə töhfəsini yüksək qiymətləndirərək, ölkəsinin "iki dövlət" prinsipi əsasında ədalətli və davamlı sülhə sadiq olduğunu bildirib.

Məhəmməd Mustafa iki ölkə arasında kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Bu çərçivədə o, Azərbaycanın dəstəyi ilə Fələstində məktəb tikintisini və digər birgə layihələri xüsusi qeyd edib. Parlamentlərarası əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirən Baş nazir, bu əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda Azərbaycandakı sürətli inkişaf və quruculuq işlərindən heyranlığını ifadə edən qonaq, Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzulayıb.

Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Fələstin #Milli Məclis #Sahibə Qafarova #Məhəmməd Mustafa #Parlamentlərarası əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

4 Sentyabr 20:19

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.