6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub - Ceyhun Bayramov

Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub və bu, normallaşma prosesində ən mühüm nailiyyətdir. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib. Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində Minsk qrupunun ləğvi ilə yanaşı, etimadın möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.

4 Avqust 2026 14:04
Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub - Ceyhun Bayramov

BAKI,VOA

Azərbaycan və Ermənistan arasında de-fakto sülh bərqərar olub və bu, normallaşma prosesində ən mühüm nailiyyətdir.

VOA xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə bu gün Bakıda keçirilən birgə brifinqdə deyib.

Nazir bildirib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində Minsk qrupunun ləğvi ilə yanaşı, etimadın möhkəmləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.

Onun sözlərinə görə, son bir il ərzində Azərbaycan birtərəfli qaydada bir sıra məhdudiyyətləri aradan qaldırıb, Ermənistana və Ermənistandan yüklərin daşınmasına şərait yaradıb, həmçinin Ermənistana neft məhsulları təqdim edib.

“Bu istiqamətdə əlavə müsbət inkişafları da qeyd edə bilərik”, – deyə C.Bayramov bildirib.

Nazir vurğulayıb ki, prosesin yekunlaşdırılması baxımından ən mühüm məqam Azərbaycan və Ermənistan arasında de-fakto sülhün bərqərar olmasıdır.

“Mən qeyd etdiyim bütün son inkişaflar Azərbaycanla Ermənistan arasında birbaşa ikitərəfli dialoq əsasında həyata keçirilir. Bu ikitərəfli format öz effektivliyini təkcə bizim üçün deyil, bütün dünyaya sübut edib”, – deyə o qeyd edib.

C.Bayramov bildirib ki, Azərbaycan bundan sonra da normallaşma prosesinin məhz ikitərəfli formatda davam etdirilməsinin tərəfdarıdır.

Sülh sazişinin imzalanmasına toxunan nazir vurğulayıb ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.

“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırıldıqdan sonra sülh sazişinin imzalanmasını mümkün hesab edirik”, – deyə C.Bayramov əlavə edib.

Məqalədə: #Azərbaycan #Ermənistan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.