8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qazaxıstan
Qazaxıstan

Qazaxıstan Slovakiyaya Uran İxrac Edəcək

Qazaxıstanın dövlət nüvə şirkəti “Kazatomprom” və Slovakiyanın aparıcı enerji şirkəti “Slovenské elektrárne a.s.” (SEAS) arasında təbii uran konsentratının tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

16 İyul 2025 11:28
Qazaxıstan Slovakiyaya Uran İxrac Edəcək

BAKI, AzerVoice

Qazaxıstanın dövlət nüvə şirkəti “Kazatomprom” və Slovakiyanın aparıcı enerji şirkəti “Slovenské elektrárne a.s.” (SEAS) arasında təbii uran konsentratının tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

AzerVoice xəbər verir ki, “Kazatomprom”un mətbuat xidmətinin yaydığı məlumata görə, 14 iyul 2025-ci il tarixində imzalanan sənəd iki şirkət arasında ilk rəsmi razılaşma olmaqla, strateji əməkdaşlığın başlanğıcını qoyur.

SEAS hal-hazırda Slovakiyanın iki əsas nüvə elektrik stansiyasını – Bohunice və Mochovce stansiyalarını idarə edir. Bu stansiyalar ölkənin elektrik enerjisi istehsalının 70 faizindən çoxunu təmin edir.

Yeni sazişin məqsədi Slovakiyanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Avropa bazarında Qazaxıstan uranının rolunu gücləndirməkdir.

Kazatomprom əlavə olaraq Bolqarıstanla da oxşar istiqamətdə əməkdaşlığa başlamağı planlaşdırır. Belə ki, bu ölkənin iki 1.2 MVt gücündə nüvə reaktoruna sahib stansiyası Qazaxıstan üçün Cənub-Şərqi Avropa bazarına çıxış imkanlarını genişləndirə bilər.

Yeni razılaşmalar Qazaxıstanın qlobal nüvə yanacağı bazarındakı mövqeyini daha da möhkəmləndirir və Avropa ölkələri ilə enerji sahəsində qarşılıqlı asılılığı artırır.

Məqalədə: #Qazaxıstan #Slovakiya #uran #enerji #əməkdaşlıq əlaqələri #Uran zənginləşdirilməsi #İkitərəfli əlaqələr

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

7 Sentyabr 20:30
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
Qazaxıstan

QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər

7 Sentyabr 13:52

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.