7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Qırğızıstan
Qırğızıstan

Türkiyə Qırğızıstanın borclarını silib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Qırğızıstanın maliyyə naziri Almaz Baketayev arasında imzalanan "Borcların Silinməsi Sazişi" ilə Qırğızıstanın Türkiyəyə olan borcları silindi.

6 Noyabr 2024 09:33
Türkiyə Qırğızıstanın borclarını silib

Bakı, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Qırğızıstanın maliyyə naziri Almaz Baketayev arasında imzalanan "Borcların Silinməsi Sazişi" ilə Qırğızıstanın Türkiyəyə olan borcları silinib.

AzerVoice xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvəsində iştirak etmək üçün Qırğızıstanda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında paytaxt Bişkekdə keçirilən imza mərasimi ilə 19 mühüm saziş imzalanıb. İmzalanan "Ortaq Bəyanat"la ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.

Həmçinin, iqtisadi və maliyyə əməkdaşlığını gücləndirəcək bir anlaşma memorandumu da imzalanıb.

İmzalanan sazişlər arasında müdafiə sənayesi əməkdaşlığı, enerji səmərəliliyi, enerji qənaəti kimi mövzuları əhatə edən memoranduma da yer alır. Türkiyə Respublikası Müdafiə Sənayesi rəhbəri Haluk Görgün ilə Qırğızıstan müdafiə naziri Batıbək Bekbolotov arasında imzalanan bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Mədəniyyət və turizm sahəsində ortaq istehsal sazişi, miqrasiya mövzusunda anlaşma memorandumu ilə ticarətə dair sazişlər də mərasimdə imzalanan mühüm sənədlər arasında olub. Bu çərçivədə mədəni əməkdaşlıq və miqrasiya idarəçiliyi mövzularında iki ölkə arasındakı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Ərdoğan Japarova Türkiyənin yerli elektrikli avtomobili Togg-u hədiyyə etdib. Ziyarət zamanı prezident Ərdoğana isə Sadır Japarov tərəfindən bir at hədiyyə edilib.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Qırğızıstan #Sadır Japarov

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.