7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət, tarix, əxlaq
İslam və həyat: Şəriət, tarix, əxlaq

Urmiyadan Dəməşqə uzanan elm yolu: Şeyx Zəkiyəddin Əbdülqadir

Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Şeyx Əbu İshaq İbrahim Urməvinin (öl. 1292) nəticəsi, Əbu Abdullah Muhəmməd Urməvinin (öl. 1312) isə nəvəsi idi. H. 735-ci ildə (1334) alim ailəsində anadan olmuşdu. Onun anası Zeynəb məşhur mühəddislərdən birinin qızı idi. Təəssüf ki, Şəmsəddin Səxavi bu şəxsin adını sadəcə "Kamaləddin" olaraq qeyd etmişdir.

7 İyun 2026 15:35
Urmiyadan Dəməşqə uzanan elm yolu: Şeyx Zəkiyəddin Əbdülqadir

BAKI,VOA

Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Şeyx Əbu İshaq İbrahim Urməvinin (öl. 1292) nəticəsi, Əbu Abdullah Muhəmməd Urməvinin (öl. 1312) isə nəvəsi idi. H. 735-ci ildə (1334) alim ailəsində anadan olmuşdu. Onun anası Zeynəb məşhur mühəddislərdən birinin qızı idi. Təəssüf ki, Şəmsəddin Səxavi bu şəxsin adını sadəcə "Kamaləddin" olaraq qeyd etmişdir.

Elm məclisləri və dərs aldığı mühəddislər

Müəllif Zəkiyəddin Urməvinin uşaq yaşlarından etibarən babasının dostları olan mühəddislərin məclislərində iştirak etdiyini bildirmişdir. Onun hədis dinlədiyi kişi alimlər:

Yusif ibn Əbdürrəhman əl-Mizzi (öl. 1341),Elməddin Qasım ibn Muhəmməd əl-Birzali (öl. 1338),Muhəmməd ibn Əhməd ibn Təmmam ,Əbu Bəkr ibn Muhəmməd ibnü’r-Rza, Muhəmməd ibn Yusif ibn Dəvalə, Muhəmməd ibn Əbi Zöhr, Muhəmməd ibn Əbu Bəkr ibn Əbdüddaim Əhməd ibn Hazim Dəməşqi kimi alimlər olub.
Zəkiyəddin Urməvi eyni zamanda dövrünün tanınmış qadın hədis alimləri Zeynəb bintü’l-Xubbaz ,Sittülərəb bint Əhməd ibn Bədr ,Fatimə bint İzzəddin ibn Cəmaə əl-Kinanidən də dərs almışdı. Ümumiyyətlə o, qadınlı-kişili 24-dən çox alimdən hədis dərsləri almışdı.

Müdərrislik fəaliyyəti və tanınmış tələbələri

Zəkiyəddin Urməvi özü də hədis dərsləri vermiş və onun dərslərində çox sayıda tələbə iştirak etmişdir. Onun yetişdirdiyi mühüm tələbələr arasında bu adlar var:

İbn Həcər Əsqəlani
İbn Musa əl-Mərakeşi
Şihabəddin ibn Zeyd
Zəkiyəddin Urməvi h. 821-ci ilin şəvval ayında (noyabr 1418) vəfat etmişdi [1683].

Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

Məqalədə: #Hədis elmi #Şeyx Zəkiyəddin Əbdülqadir #Zəkiyəddin Urməvi #Mühəddis #İbn Həcər Əsqəlani #Şəmsəddin Səxavi #Klassik hədis dərsləri #Hicri VIII əsr alimləri #Qadın hədis raviləri #Amasiya və Dəməşq elmi mühiti #Sittülərəb bint Əhməd nəsli #Məşhur mühəddislərin bioqrafiyası

Mövzu üzrə digər xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

6 Sentyabr 18:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri

6 Sentyabr 08:39
Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar
Quran bələdçisi

Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

2 Avqust 13:00

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.