7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Repressiya qurbanı olmuş tədqiqatçının 1500 səhifəlik əlyazması aşkarlanıb

31 Yanvar 2024 01:00
Repressiya qurbanı olmuş tədqiqatçının 1500 səhifəlik əlyazması aşkarlanıb

Bakı. AzerVoice:

Repressiya qurbanı olmuş tədqiqatçı Xalid Səid Xocayevin XX əsrin 30-cu illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsəri çapa hazırlanır.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında bildirilib.

AMEA prezidenti, akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin Türk dünyasının dahi şəxsiyyəti olmaqla yanaşı, bütün dünyada tanınan, həmişəyaşar alimlərdən olduğunu vurğulayıb.

AMEA prezidenti qeyd edib ki, Mahmud Kaşğarinin müəllifi olduğu, türk dünyasının ilk ensiklopedik əsəri olan “Divani lüğət-it-türk” türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitabın ərəblərin türk dilini öyrənməsi üçün yazıldığını deyən akademik İsa Həbibbəyli lüğətin hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngin olduğunu diqqətə çatdırıb. O, ərəb dilinin lüğət qaydalarına uyğun yazılmış, səkkiz bölmədən ibarət bu mükəmməl əsərin XI əsrdə söz varlığının genişliyini, müxtəlifliyini nümayiş etdirməklə yanaşı, həm də o dövrdə insan və cəmiyyət həyatı ilə, türklərin maddi və mənəvi mədəniyyəti ilə bağlı maraqlı qeydləri özündə cəmləşdirdiyini bildirib.

Sovet hakimiyyəti illərində bu əsərin ilk dəfə özbək dilinə tərcümə olunduğunu söyləyən AMEA rəhbəri “Divani lüğət-it-türk”ün dilimizə özbək əsilli tədqiqatçı Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini, lakin 1937-ci ildə Xalid Səid Xocayevin günahsız ittiham olunaraq həbs edilməsindən sonra divanın 1500 səhifəlik əlyazmasının indiyədək aşkara çıxarılmadığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli uzun axtarışlardan sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalid Səid Xocayevin tərcüməsinin ilk dəfə olaraq aşkar edildiyini və üzərində müvafiq transliterasiya və mətnşünaslıq işi aparıldıqdan sonra kitabın nəşrə hazırlandığını bildirib.

Repressiya qurbanı olmuş tədqiqatçının 1500 səhifəlik əlyazması aşkarlanıb
Məqalədə: #Azərbaycan #AMEA

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.