8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfəri çərçivəsində bu ölkədə səfərdə olan Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib ilə görüşüb.

29 Oktyabr 2025 09:43
Allahşükür Paşazadə Romada Əl-Əzhər şeyxi ilə görüşüb

BAKI,AzerVoice

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyaya səfəri çərçivəsində bu ölkədə səfərdə olan Misirin Əl-Əzhər dini qurumunun böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib Azərbaycanın həm məzhəblərarası birlik, həm də dinlərarası ahəng və harmoniya baxımından Müsəlman Ağsaqqallar Şurası, eləcə də bütövlükdə İslam aləmi üçün çox gözəl örnək olduğunu bildirib. Qeyd edib ki, buna görə də Azərbaycan hər zaman Əl-Əzhərin və Müsəlman Ağsaqqallar Şurasının diqqət mərkəzindədir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, bu ilin fevralında Bəhreynin paytaxtı Manamada keçirilən İslamdaxili Dialoq Konfransının yekununda qəbul edilmiş “Qiblə Əhlinə Çağırış” sənədi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kitab şəklində 4 dildə nəşr olunub. O, kitabların bir neçə nüsxəsini Əhməd Əl-Tayyibə təqdim edib.

Əl-Əzhərin böyük imamı nəşrləri məmnuniyyətlə və minnətdarlıqla qəbul edərək deyib ki, Azərbaycan məzhəblərarası birlik məsələsində liderlik edir və bir nümunədir.

Qeyd olunub ki, kitab Azərbaycan, ərəb, ingilis və rus dillərində çap olunmaqla bu sənədin Qafqaz regionunda, Mərkəzi Asiyada, MDB-də və bütövlükdə dünyada yayılması məqsədi daşıyır. Bu iş Qafqaz Müsəlmanları İdarəsi, xüsusilə də şeyxülislam Allahşükür Paşazadə timsalında həyata keçirilir. QMİ-nin sədri bu yaxınlarda ABŞ-da səfərdə olarkən həmin kitabları dini xadimlərə və ictimaiyyət nümayəndələrinə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyibin diqqətinə çatdırıb ki, Azərbaycanın gələn il ev sahibliyi edəcəyi İslam Əməkdaşlığı Təşkilatının Zirvə Görüşü ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi ilə Müsəlman Ağsaqqalları Şurasının həmtəşkilatçılığı və digər təşkilatların iştirakı ilə müxtəlif ölkələrin dini liderlərinin növbəti konfransı keçirəcək. Konfransda islamdaxili dialoq və islamofobiya ilə mübarizə məsələləri əsas müzakirə mövzusu olacaq.

Bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT Baş katibinin müavini Migel Anxel Moratinos bu konfransa dəvət olunub.

Əl-Əzhər şeyxi öz növbəsində, konfransın birgə təşkil olunması təklifini bir daha təsdiq edib və razılığını bildirib, tədbirdə şəxsən iştirak etmək niyyətində olduğunu qeyd edib. O, Azərbaycana və şəxsən Prezident İlham Əliyevə böyük rəğbət bəslədiyini, ölkəmizə yenidən səfər etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.

Əhməd Əl-Tayyib deyib ki, Azərbaycan Prezidentinin bu konfransın keçirilməsinə xeyir-dua verməsi onun üçün çox vacibdir, dünya liderləri arasında dövlətimizin başçısı İlham Əliyevə çox dəyər verir və dərin hörmət bəsləyir.

Görüşdə vurğulanıb ki, qarşıdakı aylarda konfransa hazırlıqla bağlı QMİ və Müsəlman Ağsaqqallar Şurası tərəfindən təşkilati işlərə başlanacaq. Tərəflər, həmçinin iki dini qurum arasında əməkdaşlığın uğurla davam etdirildiyini məmnuniyyətlə vurğulayıb, gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Qiblə Əhlinə Çağırış” sənədi tərtib olunarkən multikulturalizm ölkəsi olaraq Azərbaycanın məzhəblərarası, dinlərarası birlik və anlaşma modeli nümunə kimi götürülüb

Məqalədə: #Misir #İtaliya #Qafqaz Müsəlmanları İdarəsi #Roma #Allahşükür Paşazadə #Əl-Əzhər şeyxi #Müsəlman Ağsaqqallar Şurası

Mövzu üzrə digər xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Livan

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb

7 Sentyabr 18:21
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
ArabCars

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb

7 Sentyabr 16:09
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.