8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Qəbələ rayonunda kənd turizminin inkişafını hədəfləyir

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Qəbələ rayonunun Duruca kəndində turizmin İnkişafına dəstək layihəsini uğurla icra edib. Layihənin əsas məqsədi kənd turizminin inkişafını təşviq etmək, yerli icma üzvlərinin bu sahədə bilik və bacarıqlarını artırmaq və həssas qrupların iqtisadi fəallığa cəlb olunmasına dəstək göstərməkdən ibarət olub.

7 Noyabr 2025 17:11
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Qəbələ rayonunda kənd turizminin inkişafını hədəfləyir

BAKI,AzerVoice

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Qəbələ rayonunun Duruca kəndində turizmin İnkişafına dəstək layihəsini uğurla icra edib.

AzerVoice xəbər verir ki, layihənin əsas məqsədi kənd turizminin inkişafını təşviq etmək, yerli icma üzvlərinin bu sahədə bilik və bacarıqlarını artırmaq və həssas qrupların iqtisadi fəallığa cəlb olunmasına dəstək göstərməkdən ibarət olub.

22–23 avqust 2025-ci il tarixlərində layihə çərçivəsində ictimai iaşə müəssisələrində çalışanlara və yerli sakinlərə “turizm və otelçilik, bələdçilik, xidmət və qonaqlama” mövzularında dörd təlim keçirilib. Təlimlərdə iştirakçılara kənd turizminin inkişaf perspektivləri, müasir turizm sektorunun tələbləri, qonaqpərvərlik standartları, etik davranış qaydaları, müştəri məmnuniyyətinin artırılması və turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı ətraflı məlumat verilib. Proses, iştirakçıların peşəkar bacarıqlarının inkişaf etdirilməsinə və rayonun turizm potensialına töhfə verilməsinə yönəlib.

27–28 avqust 2025-ci il tarixlərində isə həssas qruplardan olan xanımlar üçün milli və müasir üslubda əl işləri hazırlamaq üzrə üç praktiki təlim təşkil olunub. Bu təlimlər iştirakçıların yaradıcılıq potensialını aşkara çıxarmaqla yanaşı, onların gələcəkdə kiçik biznes qurmaq imkanlarını genişləndirib və sosial inteqrasiyasını gücləndirib. Təlimlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilib və 05.11.2025-ci il tarixində hazırlanan əl işlərinin satış-sərgisi təşkil olunub.

Layihənin mühüm istiqamətlərindən biri kimi 29 avqust 2025-ci ildən etibarən Duruca kəndində yerləşən ənənəvi söhbətgah və bulaq kompleksinin bərpası həyata keçirilib. Bərpa edilən söhbətgah həm yerli əhalinin toplaşması üçün rahat mühit, həm də turistlər üçün cəlbedici istirahət məkanı kimi istifadəyə verilib. Bu təşəbbüs kəndin turizm infrastrukturuna mühüm töhfə olmaqla yanaşı, yerli mədəniyyətin qorunmasına da xidmət edəcək.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin həyata keçirdiyi layihələr, xüsusən də kənd icmalarında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və inklüzivliyin təşviqinə yönəlib. Təşkilatın fəaliyyəti yerli icmalarda dayanıqlı inkişaf üçün mühüm sosial təsir yaradır.

Məqalədə: #Azərbaycan #Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi #Qəbələ #Əlilliyi olan şəxslərə sosial dəstək İctimai Birliyi #Duruca

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47

Son Xəbərlər

Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
Küveyt və Pakistan regional təhlükəsizliyi müzakirə edib
13:51
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.