5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib

7 dekabr 2025-ci ildə səyyah yazıçı və səyahət bloggeri İradə Qədirovanın “Səninləyəm” adlı yeni kitabının təqdimatı Bakı şəhərində “Litera book cafe”də baş tutub. Müəllifin sayca dördüncü kitabı olan “Səninləyəm” “Kərbəladan Konyaya kimi küldən doğuluş hekayəsi” mövzusu ilə oxuculara təqdim olunub. Tədbirdə kitabın nəşr olunduğu MİMTA yayımlarının və Füyuzat dərgisinin nümayəndələri, əməkdar jurnalist və yazıçı Yunis Orucov, eləcə də Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Martinez iştirak edərək çıxış ediblər. Qonaqlar müəllifi yeni əsərə görə təbrik edib, kitabın ruhunu, təhkiyə tərzini və mövzusunun dərinliyini xüsusilə vurğulayıblar.

9 Dekabr 2025 10:42
Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib

BAKI, AzerVoice, Nailə Babazadə

7 dekabr 2025-ci ildə səyyah yazıçı və səyahət bloggeri İradə Qədirovanın “Səninləyəm” adlı yeni kitabının təqdimatı Bakı şəhərində “Litera book cafe”də baş tutub. Müəllifin sayca dördüncü kitabı olan “Səninləyəm” “Kərbəladan Konyaya kimi küldən doğuluş hekayəsi” mövzusu ilə oxuculara təqdim olunub.

AzerVoice xəbər verir ki, tədbirdə kitabın nəşr olunduğu MİMTA yayımlarının və Füyuzat dərgisinin nümayəndələri, əməkdar jurnalist və yazıçı Yunis Orucov, eləcə də Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Martinez iştirak edərək çıxış ediblər. Qonaqlar müəllifi yeni əsərə görə təbrik edib, kitabın ruhunu, təhkiyə tərzini və mövzusunun dərinliyini xüsusilə vurğulayıblar.

İradə Qədirovanın “Səninləyəm” əsəri insanın özünə qarşı törətdiyi ən dərin və səssiz xəyanətin hekayəsini təqdim edir. Müəllifin fikrincə:

“İnsanın ən böyük faciəsi: özünə xəyanət etdiyini hamıdan gizlədə bilir, yalnız özündən başqa.”

Əsərdə göstərilir ki, insan başqasının xəyanətini dana, unuda, hətta bağışlaya bilər, lakin özünə xəyanətin izlərindən nə gizlənə, nə də qaça bilər.

“Səninləyəm” insanın özünü bağışlama prosesini, daxili ağrı ilə mübarizəsini və itirdiyi mənliyini yenidən tapmaq cəhdini emosional və real dillə təsvir edir. Bu hekayə həm zahiri səfərlərdən, həm də ən çətin — insanın öz daxilinə etdiyi yolculuqdan bəhs edir.

Əsərdə hadisələr Almaniya, Türkiyə (İstanbul, Antalya, Isparta, Burdur, Konya), İraq, Özbəkistan, Venesuela, Misir və Səudiyyə Ərəbistanında cərəyan edir. Yazıçı bu ölkələri yalnız zahiri səhnə kimi deyil, qəhrəmanın batini dönüşümünün məkanları kimi təqdim edir. Coğrafiya dəyişdikcə insanın özünə baxışı, dərk prosesi və mənəvi yenidən doğuluşu da dərinləşir.

Qeyd edək ki, İradə Qədirovanın bundan əvvəl “Əfşan: İran boyunca tək səyahətim”, “Eşqin izi ilə” və “Dünya Vətəndən başlayır” kitabları geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Müəllif maarifləndirici fəaliyyətini və səyahətlərini sosial şəbəkələr üzərindən fəal şəkildə davam etdirir.

Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib Səyyah-yazıçı İradə Qədirovanın yeni kitabının təqdimatı keçirilib
Məqalədə: #Türkiyə #Almaniya #İradə Qədirova #Səninləyəm kitabı #kitab təqdimatı Bakı #səyyah yazıçı #səyahət bloggeri #Kristofer Martinez səfir #yeni kitab təqdimatı #küldən doğuluş hekayəsi #insanın özünə xəyanəti #İraq səyahətləri #mənəvi inkişafa dair əsər #yazıçının əvvəlki kitabları #Səninləyəm romanının mövzusu #yeni nəşr olunan kitab #Azərbaycan yazıçıları

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.