6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

AYNA 2025-ci ildə nəqliyyat sahəsində görülən işləri açıqlayıb

2025-ci ildə Bakı şəhərində müntəzəm marşrut xətti ilə 494 milyondan çox sərnişin daşınıb. Şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyəti üçün 837, şəhərlərarası sərnişindaşıma fəaliyyəti üçün isə 66 yeni avtobus cəlb edilib. Həmçinin şəhərlərarası daşımalar üzrə 19 yeni müntəzəm marşrut xətti təşkil edilib. 10 marşrut xəttində hərəkət sxemi dəyişdirilib, 3 yeni marşrut xətti təşkil edilib.

29 Dekabr 2025 17:35
AYNA 2025-ci ildə nəqliyyat sahəsində görülən işləri açıqlayıb


BAKI, AzerVoice

Sərnişindaşıma

2025-ci ildə Bakı şəhərində müntəzəm marşrut xətti ilə 494 milyondan çox sərnişin daşınıb. Şəhərdaxili (rayondaxili) sərnişindaşıma fəaliyyəti üçün 837, şəhərlərarası sərnişindaşıma fəaliyyəti üçün isə 66 yeni avtobus cəlb edilib. Həmçinin şəhərlərarası daşımalar üzrə 19 yeni müntəzəm marşrut xətti təşkil edilib. 10 marşrut xəttində hərəkət sxemi dəyişdirilib, 3 yeni marşrut xətti təşkil edilib.

Bu günədək Bakı şəhərinin 40 küçə və prospektində ümumi uzunluğu 114 km-dən çox olan avtobus zolaqları təşkil edilib. Bu zolaqlar vasitəsilə gün ərzində 1 milyona yaxın sərnişin daşınır. Sumqayıt, Saray və Xırdalandan paytaxt istiqamətində gündəlik sərnişin axınının həcmi 49 min nəfər artıb.

Sərnişindaşımada rəqəmsallaşma

Ölkəmizdə ilk dəfə olaraq “AYNA MaaS” tətbiqi istifadəyə verilib. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir.

“Yolumuz Qarabağa” portalının funksionallığı artırılıb.

2025-ci ildə 800 000-dən çox sərnişin “biletim.az” portalını seçərək müxtəlif istiqamətlərdə səfər edib. 2024-cü illə müqayisədə “Biletim.az” üzərindən 350 000-dən çox bilet satılıb.

“Biletim.az” portalı üzərindən bilet əldə edərək Qarabağ bölgəsinə səfər edən sərnişinlərin sayı 48 000-ni üstələyib. Bu, ötən illə müqayisədə 36 000 bilet çoxdur.

Mikromobillik

AYNA tərəfindən indiyədək 43 küçə və prospekt üzrə 47 km mikromobillik yolu çəkilib. Mikromobillik vasitələrinin sifarişi sayı 3 milyon 500 mindən çox olub. Mikromobillik vasitələri ilə 10 milyon km-dən çox məsafə qət edilib.
Skuterlər üçün 650, velosipedlər üçün isə 466 parklanma məntəqəsi təşkil edilib.

Yükdaşıma

Yükdaşıma üzrə buraxılış vəsiqəsi üçün müraciətlərin sayı 1347, buraxılış kartları üçün müraciətlərin sayı 5680, ölkədaxili qeyri-müntəzəm (sifariş) sərnişindaşıma üzrə buraxılış vəsiqəsi üçün müraciətlərin sayı 855, buraxılış kartları üçün müraciətlərin sayı isə 1440 təşkil edib. Beynəlxalq yük daşımalarında 14 000-dən çox nəqliyyat vasitəsi iştirak edib.

Yol nişanları və nişanlanma işləri

Bu il ərzində Bakı şəhərinin 495 küçə və prospektlərdə 11 500-dən çox yol nişanı quraşdırılıb. 602 küçə və prospektdə üfüqi yol nişanlanması işləri aparılıb. 456 küçə və prospekt üzrə 2460 piyada keçidi, həmçinin 280 təhsil müəssisəsinin ətraf ərazisində 372 piyada zolağı bərpa edilib. Ölkə üzrə ümumilikdə 32 000 nişan quraşdırılıb.

Məqalədə: #Azərbaycan #Bakı #Qarabağ #Sumqayıt #Xırdalan #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) #AYNA MaaS

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.