7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 569 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Gəncə–Qazax, Qazax–Gəncə və Şabran–Siyəzən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

15 Yanvar 2026 17:11
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

BAKI, AzerVoice

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 569 nömrəli şəhərətrafı, Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Gəncə–Qazax, Qazax–Gəncə və Şabran–Siyəzən şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

AzerVoice bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

  • 569 nömrəli şəhərətrafı (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;
  • Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi) marşrutları üzrə hüquqi şəxs “Xoşqədəmli” MMC;
  • Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC;
  • Gəncə-Qazax marşrutları üzrə fiziki şəxslər Cəfərov Samir Vaqif oğlu və Əsgərov Taleh Qafar oğlu;
  • Qazax-Gəncə marşrutları üzrə fiziki şəxslər Nağıyev Araz Hüseyn oğlu və Cəfərov Samir Vaqif oğlu;
  • Şabran-Siyəzən marşrutu üzrə fiziki şəxs Ələsgərov Afiq Ağası oğlu qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Məqalədə: #Azərbaycan #AYNA #Nazirlər Kabineti #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
Hira Mədəniyyət məhəlləsindəki Quran Muzeyi islam dizaynı ilə təbii gözəlliyi vəhdətdə birləşdirir
13:10
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
12:06
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.