7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur

Azərbaycan Respublikasında kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur. Bununla bağlı yeni qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin yanvarın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib. Layihə kino industriyasında anlayışların dəqiqləşdirilməsini, dövlət dəstəyi mexanizmlərinin institusional əsaslarının genişləndirilməsini və sahənin investisiya cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

19 Yanvar 2026 20:12
“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur

BAKI, AzerVoice, Orxan Qədirzadə

Azərbaycan Respublikasında kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə “Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur.

AzerVoice xəbər verir ki, bununla bağlı yeni qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin yanvarın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib. Layihə kino industriyasında anlayışların dəqiqləşdirilməsini, dövlət dəstəyi mexanizmlərinin institusional əsaslarının genişləndirilməsini və sahənin investisiya cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Qanun layihəsinə əsasən, mövcud qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı” anlayışları, eləcə də film istehsalının mərhələlərini əhatə edən “hazırlıq”, “çəkiliş” və “tamamlanma” anlayışları əlavə edilir. Bu dəyişikliklər hüquqi terminologiyanın aydınlaşdırılmasına və tətbiq mexanizmlərinin dəqiqləşdirilməsinə xidmət edir.

Layihədə “yerli prodüser” və “xarici prodüser” anlayışlarının ayrıca müəyyən edilməsi də nəzərdə tutulur. Bu yanaşma hüquqi münasibətlərdə subyektlərin statusunu daha dəqiq müəyyən etməyə, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artırmağa imkan verəcək. Eyni zamanda, qanunda istifadə olunan “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” termini ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiyaya uyğunluq yaradır.

Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu müddəa Azərbaycanın beynəlxalq kino bazarına inteqrasiyasının gücləndirilməsinə və mədəni diplomatiyanın inkişafına yönəlib.

Qanunun 13-cü maddəsinə əlavə olunan yeni müddəalara əsasən, xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin müəyyən edilmiş qaydalara uyğun olaraq qismən geri ödənilməsi mexanizmi qanunvericilikdə öz əksini tapır. Bu mexanizm bir sıra ölkələrdə tətbiq olunan uğurlu maliyyə təşviqi modeli kimi xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər.

Qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə daha da təkmilləşdiriləcək. Bu, beynəlxalq və birgə istehsal layihələrinin artmasına, ölkənin kino sənayesinə xarici maliyyə axınının güclənməsinə, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradacaq. Eyni zamanda dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişlənməsi də gözlənilir.

“Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur “Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur “Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur “Kinematoqrafiya haqqında” Qanuna dəyişikliklər təklif olunur
Məqalədə: #Kinematoqrafiya haqqında Qanuna yeni dəyişikliklər təklif olunur #Azərbaycanda kino istehsalının hüquqi bazası yenilənir #Milli və birgə istehsal filmləri üçün yeni mexanizmlər #Xarici prodüserlər üçün Azərbaycanda film istehsalına təşviq #Kino sənayesində anlayışlar və dövlət dəstəyi mexanizmləri genişlənir #Milli Məclisdə kino qanunvericiliyinə dəyişiklik müzakirə olunub #Azerbaycan’da sinema yasasında değişiklikler gündemde #Film üretimine yönelik yeni teşvik mekanizmaları #Azerbaycan sinema sektöründe hukuki reform #Yabancı yapımcılar için yeni düzenlemeler #Ortak yapım filmler için geri ödeme sistemi #Azerbaycan sinema endüstrisi yatırımcılar için cazip hale geliyor

Mövzu üzrə digər xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31

Son Xəbərlər

Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
6 Sentyabr 20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.