14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub

Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib. Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın ekspert şurasının üzvləri və laureatları iştirak ediblər.

22 Yanvar 2026 17:02
“Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Yanvarın 22-də Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, millət vəkilləri Fazil Mustafa, Ceyhun Məmmədov, Elnarə Akimova, Mehriban Vəliyeva, Elçin Mirzəbəyli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov, mükafatın ekspert şurasının üzvləri və laureatları iştirak ediblər.

AzerVoice xəbər verir ki, əvvəlcə qonaqlar məktəbin foyesində şagirdlərin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.

Məktəbin zalında davam edən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək “Üzeyir Hacıbəyli Mükafatı” haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən il dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi, musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif səpkili tədbirlərlə qeyd edilib. Mədəniyyət Nazirliyi və tabe qurumlar tərəfindən yubiley ili ərzində çoxsaylı layihə və tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə keçirilən müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim qatılıb. Onların sırasından 19 müəllim müsabiqənin qalibi olub.

Nazir bildirib ki, mədəniyyətin müxtəlif sahələri kimi, incəsənət təhsili də Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondu, Mədəniyyət, Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə uğurla gerçəkləşən Uşaq İncəsənət Festivalı bu sahədə diqqətəlayiq layihələrdəndir. Sonuncu festival da ölkəmizin bütün guşələrindən minlərlə istedadlı uşağı bir araya gətirib.

Bu qəbildən layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayan Adil Kərimli “Üzeyir Hacıbəyli Mükafatı”nın laureatlarını təbrik edib, yeni uğurlar arzulayıb.
Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov rəhbərlik etdiyi qurumun yaradıcılıq layihələrinə də öz töhfəsini verdiyini bildirib. O bundan sonra da mədəniyyət sahəsinin inkişafına xidmət edən layihələrə dəstək verəcəklərini deyib, qaliblərə təbriklərini çatdırıb.

Sonra “Üzeyir Hacıbəyli Mükafatı” ekspert komissiyasının üzvləri olan tanınmış incəsənət xadimləri səhnəyə dəvət edilib. Onlara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub.

Daha sonra müsabiqənin qaliblərinə mükafat və diplomlar təqdim edilib.

Sonda “Üzeyir Hacıbəyli Mükafatı”nın laureatı olan müəllimlərin və onların şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət proqram alqışlarla qarşılanıb.

“Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub “Üzeyir Hacıbəyli Mükafatı”nın qalibləri təltif olunub
Məqalədə: #Azərbaycan #Bakı #Prezident İlham Əliyev #Elm və Təhsil Nazirliyi #Mədəniyyət Nazirliyi #Adil Kərimli #Heydər Əliyev Fondu #Ceyhun Məmmədov #Mehriban Əliyeva #Elçin Mirzəbəyli #Sahib Məmmədov #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası #Leyla Əliyeva #Uşaq İncəsənət Festivalı #Üzeyir Hacıbəyli Mükafatı #Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı #Fazil Mustafa

Mövzu üzrə digər xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

13 Sentyabr 19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

13 Sentyabr 09:00

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.