7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilib. “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinə uyğun olaraq qurulub. Laboratoriyanın texniki imkanlarının artırılması, xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər İqtisadiyyat Nazirliyi ilə birgə davam etdiriləcəkdir.

3 Fevral 2026 17:23
XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması ilə əlaqədar açılış mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) elmi direktru Carmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinə uyğun olaraq qurulub. Laboratoriyanın texniki imkanlarının artırılması, xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər İqtisadiyyat Nazirliyi ilə birgə davam etdiriləcəkdir.

Yaradılmış laboratoriya universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılarla yanaşı, dövlət qurumlarının əməkdaşlarının istifadəsi üçün də nəzərdə tutulub. Burada mütəxəssislər beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, XRİTDX tərəfindən təşkil olunacaq təlimlərdə iştirak etmək və praktik təcrübə əldə etmək imkanı qazanacaqlar. Bu yanaşma laboratoriyanı tədris məkanı ilə yanaşı, kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına — kadr hazırlığı bazasına çevirir.

Laboratoriyanın açılış mərasimindən sonra NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon” layihəsi üzrə ilk təlim keçirilib. “Cyber Polygon” XRİTDX-nin beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi qabaqcıl kibertəlim və sınaq platformasıdır. Bu platforma vasitəsilə kritik informasiya infrastrukturlarına yönəlmiş real kiberhücum ssenariləri modelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir və insidentlərə operativ reaksiya bacarıqları formalaşdırılır.

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib XRİTDX “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verib
Məqalədə: #Azərbaycan #XRİTDX #Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) #Bakı Ali Neft Məktəbi (BANM) #İnformasiya Təhlükəsizliyi Testləri laboratoriyası

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
12:00
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
Ər-Riyad dünyanın səhiyyə nəhənglərini bir araya gətirəcək
11:59
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
11:49
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
Qədyanilik nədir? Tarixi kökləri, əqidə ziddiyyətləri və hüquqi statusu
11:46
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
Syuzan Sarandon Fələstinə dəstəyinin Hollivuddakı karyerasına təsir etdiyini deyib
11:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.