4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ölkəmizdə əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmindən istifadə edənlərin sayı artır və sığortalanan əkin sahələri genişlənir. 2025-ci ildə müxtəlif hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlərin Aqrar Sığorta Fondu tərəfindən qarşılanması, fermerlərə ödənişlərin kəskin artması səbəbindən əkin sahələrinin sığortalanmasına maraq kəskin artıb. Ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb.

4 Fevral 2026 11:07
Ölkəmizdə əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb

BAKI, AzerVoice

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən sərfəli aqrar sığorta mexanizmindən istifadə edənlərin sayı artır və sığortalanan əkin sahələri genişlənir.

Bu barədə AzerVoice-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verib.

2025-ci ildə müxtəlif hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlərin Aqrar Sığorta Fondu tərəfindən qarşılanması, fermerlərə ödənişlərin kəskin artması səbəbindən əkin sahələrinin sığortalanmasına maraq kəskin artıb. Ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb.

Sığortalanan əkin sahələrinə əsasən buğda, arpa, qarğıdalı, pambıq, digər tarla bitkiləri, bostan və tərəvəz bitkiləri, meyvə bağları və texniki bitkilərin əkiln sahələri daxildir.

Ötən il əkin sahələrinin sığortası üzrə fermerlərlə Aqrar Sığorta Fondu arasında 56 518 sığorta müqavləsi bağlanılıb.

Fermerlərlə Aqrar Sığorta Fondu arasında bağlanan sığorta müqavilələrinin sayı 2024-cü illə müqayisədə 5%, 2023-cü illə müqayisədə isə 18% artıb. Xatırladaq ki, 2023-cü ildə əkin sahələrinin sığortası üzrə təqribən 51 min, 2024-cü ildə isə 56,7 min sığorta müqaviləsi bağlanılmışdı.

2025-ci ildə Azərbaycanda 127 min hektar payızlıq arpa sahəsi, 200 min hektar isə payızlıq buğda sahəsi sığorta edilib.

Əkin sahələrinin sığortalanmasından 13 milyon manat aqrar sığorta haqqı toplanılıb. Bunun müqabilində sığorta müqavilələri üzrə əkin sahələrinə 577 milyon manat sığorta təminatı verilib. Əkin sahələrinə verilən sığorta təminatının məbləği 2024-cü illə müqayisədə 64 milyon manat, 2023-cü illə müqayisədə isə 71 milyon manat artıb.

Xatırladaq ki, aqrar sığorta prosesində 50%-lik dövlət dəstəyi tətbiq edilir, yəni sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.

Hazırda bütün ölkə ərazisində meyvə bağlarıın sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.

Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Ölkəmizdə əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb Ölkəmizdə əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb Ölkəmizdə əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb Ölkəmizdə əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb Ölkəmizdə əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb
Məqalədə: #Azərbaycan #Kənd Təsərrüfatı Nazirliyi #sığorta #Aqrar Sığorta Fondu #AsanPay

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.