5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb

2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən “Qış nağılı” festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.

9 Fevral 2026 12:58
“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başa çatıb.

AzerVoice xəbər verir ki, 2009-cu ildən ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq, artıq ikinci ildir təşkil edilən “Qış nağılı” festivalı bu il də musiqisevərləri bir araya gətirib. Soyuq qış günlərində reallaşan bu möhtəşəm sənət bayramı musiqi dünyasının diqqətini yenidən Qəbələyə yönəltməyi bacarıb.

Trend xəbər verir ki, fevralın 5-də başlayan festival çərçivəsində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə rəngarəng proqram təqdim edilib. Vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, autizmli pianoçunun konserti, Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqi axşamı izləyicilərin ürəyincə olub.

Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti keçirilib. Mərasimdə Leyla Əliyeva, festivalın təşkilatçı qurumlarının təmsilçiləri, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

“Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində Azərbaycan xalq mahnıları, flamenko-caz və muğam improvizələri səsləndirilib, İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxıb.

Konsertə başlamazdan əvvəl ispan və Azərbaycan musiqiçilərinin yaradıcılığı barədə qısa məlumat verilib. Bildirilib ki, dünya şöhrətli flamenko pianoçusu və bəstəkar Andres Barrios klassik musiqi təhsili alıb. Caz musiqisi sahəsində dərin biliklərə yiyələnən sənətçi eklektik və yenilikçi yaradıcılıq üslubu ilə seçilir. Onun musiqisi XXI əsr flamenkosunun cəsarətli və müasir ifadəsi kimi, müxtəlif dünya musiqi üslublarını ustalıqla birləşdirir.

Diqqətə çatdırılıb ki, konsertdə iştirak edən azərbaycanlı musiqiçi, tarzən İbrahim Babayev hər zaman özünəməxsus eksperimentləri ilə seçilməyi bacarır. O, muğam ənənələrinə əsaslanaraq, onlara elektron və çağdaş musiqi elementlərini əlavə edir. Pianoçu Nicat Aslanov isə muğam, etno caz və müasir cazın sintezinə əsaslanan bir yaradıcılığa sahibdir.

Konsertdə Andres Barriosun ifasında “Ecdysis”, “Meraki”, “Noche Andaluza”, “İsbilya”, “La Colombiana” və ispan xalq nəğmələri səsləndirilib. İspaniyalı rəqqasə Cristina Cazorla və rəqqas Javier Morenonun təqdim etdikləri flamenko rəqs kompozisiyaları, həmçinin tarzən İbrahim Babayevin pianoçu Andres Barriosla birgə ifa etdiyi muğam və flamenko improvizələr, xalq mahnısı “Yaylıq” tamaşaçılara böyük zövq verib.

Yekun konsertində, həmçinin tanınmış azərbaycanlı pianoçu və caz bəstəkarı Nicat Aslanovun və caz triosunun üzvləri Fuad Cəfər (bas gitara) və Həsən Bilalovun (zərb alətləri) ifasında solo performans və flamenko improvizələri təqdim olunub.

Beləliklə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb.

Qış nağılı II Beynəlxalq Musiqi Festivalı, Qəbələ musiqi festivalı, Azərbaycan beynəlxalq musiqi tədbiri, Bakı Musiqi Akademiyası festivalı, Heydər Əliyev Fondu mədəniyyət, Qəbələ Heydər Əliyev Konqres Mərkəzi, flamenko caz muğam sintezi, Azərbaycan İspaniya musiqi əlaqələri, beynəlxalq mədəniyyət dialoqu, klassik və caz musiqisi Winter Tale II International Music Festival, Gabala music festival, Azerbaijan cultural event, international music festival Azerbaijan, classical jazz flamenco fusion, Gabala Congress Center concert, Azerbaijan Spain music cooperation, piano flamenco performance, world music festival Gabala, cultural diplomacy through music Международный музыкальный фестиваль Зимняя сказка, музыкальный фестиваль Габала, культурные мероприятия Азербайджана, международный фестиваль музыки, фламенко джаз мугам, Конгресс центр Габала, музыкальное сотрудничество Азербайджан Испания, финальный гала концерт, мировая музыкальная сцена, культурный диалог مهرجان حكاية الشتاء الموسيقي الدولي، مهرجان غابالا الموسيقي، الفعاليات الثقافية في أذربيجان، الموسيقى الكلاسيكية والجاز، فلامنكو ومقام، مركز حيدر علييف للمؤتمرات غابالا، التعاون الموسيقي الأذربيجاني الإسباني، الحفلات الموسيقية الدولية، الدبلوماسية الثقافية، الفن والموسيقى

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı Qəbələdə başa çatıb
Məqalədə: #Azərbaycan #Bakı #Mədəniyyət Nazirliyi #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Qış nağılı #II Beynəlxalq Musiqi Festivalı

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
18:12
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
18:07
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
18:03
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.