7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

“Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək.

11 Fevral 2026 21:09
Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

“Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək.

AzerVoice xəbər verir ki, forum “Həyat Keyfiyyəti” konsepti ilə şəhərsalma, inşaatın bünövrəsindən başlayaraq memarlığın forması, interyerin funksionallığı və mebelin yaratdığı komforta qədər bütün dəyər zəncirinə holistik yanaşma təqdim edir. “Betonun soyuqluğu ilə dərinin istiliyini” birləşdirərək insanın yaşadığı mühiti həm texniki, həm də emosional tərəfdən yenidən düşünməyə çağırır.

Tədbir 2 gün davam edərək 6 panel sessiyası və 20-dən çox spiker ilə sahənin ən aktual trendlərini, praktik həllərini və biznes imkanlarını müzakirə etməyi hədəfləyir.
Tədbir Azərbaycanın interyer dizaynı, memarlıq, inşaat və peşəkar mebel istehsalı ekosisteminin inkişafı üçün strategiya, innovasiya və əməkdaşlıq platforması rolunu oynayacaq. Peşəkar seminarlar, panel müzakirələri və şəbəkələşmə imkanları vasitəsilə iştirakçılar yerli və beynəlxalq təcrübə mübadiləsi həyata keçirəcək, yeni biznes əlaqələri quracaq və sənayedə qabaqcıl trendlərlə tanış olacaq.

Forumun birinci gün panelləri:

I Panel: Şəhər və Memarlıq

Müasir şəhərsalma prinsipləri, urban transformasiya, memarlıq vizyonu və estetik yanaşmalar müzakirə olunacaq. Şəhərlərin gələcəyi, funksional və dayanıqlı memarlıq həlləri əsas diqqət mərkəzində olacaq.

II Panel: Developer və İnşaat

Tikinti sektorunun inkişaf istiqamətləri, bazar dinamikası, investisiya perspektivləri və keyfiyyət standartları müzakirə ediləcək. Developer yanaşmaları və layihələrin idarəetmə modelləri ön plana çıxarılacaq.

III Panel: Texnologiya və Materiallar

İnşaat və interyer sahəsində innovativ texnologiyalar, yeni nəsil materiallar, davamlılıq və enerji effektivliyi mövzuları təqdim olunacaq. Sənayedə texnoloji transformasiyanın rolu ətraflı şəkildə dəyərləndiriləcək. Tədbir həm təcrübəli mütəxəssislər, həm də sahəyə yeni baş vuran gənc peşəkarlar üçün fəal iştirak, ilhamverici müzakirə və praktiki bilik artırma imkanları ilə zəngin olacaq.

Forumun birinci gün panelləri:

I Panel: İnteryer və Planlama

Məkanın funksional təşkili, planlama prinsipləri, dizayn həlləri və istifadəçi təcrübəsi müzakirə ediləcək. Estetika ilə funksionallığın balansı əsas mövzulardan olacaq.

II Panel: Mebel və Həyat Tərzi

Mebel sənayesində trendlər, istehsal yanaşmaları, brend strategiyası və həyat tərzinə uyğun dizayn anlayışı təqdim olunacaq. Məkanın xarakterini formalaşdıran elementlərə fokus ediləcək.

III Panel: Açar Təslim (Əsas Panel)

Layihələrin ideyadan icraya qədər bütün mərhələləri, koordinasiya prosesi, inteqrasiya olunmuş həllər və müştəri gözləntilərinin idarə edilməsi müzakirə ediləcək. Bu panel forumun kulminasiya nöqtəsi olaraq sektorun bütöv ekosistemini əhatə edəcək.

Qeyd edək ki, forum yalnız müzakirə platforması deyil, həm də eyni sahədə düşünən, yaradan və quruculuq edən insanların bir araya gəldiyi xüsusi bir görüş nöqtəsidir. Sizi də bu iki gün ərzində yeni ideyalarla tanış olmağa, sektorumuzun gələcəyini birlikdə müzakirə etməyə dəvət edirik.

Məqalədə: #Bakıda böyük forum: İnteryer #inşaat və mebel dünyası bir arada #Həyat Keyfiyyəti forumu 2026: Sea Breezedə mühüm görüş #Memarlar və inşaatçılar Bakıda toplanır: Yeni trendlər müzakirə olunacaq #İnteryer İnşaat Memarlıq Mebel Forumunun proqramı açıqlandı #Bakıda Açar təslim həlləri və müasir şəhərsalma müzakirəsi #May ayında Bakıda innovativ dizayn zirvəsi keçiriləcək #Bakü'de Dev Zirve: İç Mimarlık #İnşaat ve Mobilya Forumu 2026 #Sea Breeze'de Yaşam Kalitesi konseptli dev organizasyon #Mimarlık ve inşaat dünyası Bakü'de buluşuyor: 6 kritik panel #Azerbaycan'ın iç mimari ve mobilya ekosistemi bu forumda gelişecek #Facemark ve Mutfakçı'dan sektör birleştiren büyük forum #Teknoloji ve estetiğin buluşması: Bakü'de mimarlık rüzgarı

Mövzu üzrə digər xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.