7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanın Sea Breeze layihəsi Moskvada mükafatlandırıldı

Sea Breeze layihəsi nüfuzlu beynəlxalq BEMA mükafatının “Ən Yaxşı Beynəlxalq Tədbir Məkanı” nominasiyası üzrə qalib elan edilib. Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən Sea Breeze, müasir kurort mühiti ilə beynəlxalq səviyyəli tədbir infrastrukturunu özündə birləşdirən unikal ekosistem kimi xarakterizə olunub. Məkanın müxtəlif formatlara – həm butik tədbirlərə, həm də genişmiqyaslı festivallara asanlıqla uyğunlaşması onun əsas rəqabət üstünlüyü kimi qeyd edilib.

20 Fevral 2026 20:11
Azərbaycanın Sea Breeze layihəsi Moskvada mükafatlandırıldı
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Sea Breeze layihəsi nüfuzlu beynəlxalq BEMA mükafatının “Ən Yaxşı Beynəlxalq Tədbir Məkanı” nominasiyası üzrə qalib elan edilib.

VOA xəbər verir ki, layihənin təqdimatı fevralın 17-də keçirilib, rəsmi mükafatlandırma mərasimi isə fevralın 19-da Moskvada baş tutub.

Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən Sea Breeze, müasir kurort mühiti ilə beynəlxalq səviyyəli tədbir infrastrukturunu özündə birləşdirən unikal ekosistem kimi xarakterizə olunub. Məkanın müxtəlif formatlara – həm butik tədbirlərə, həm də genişmiqyaslı festivallara asanlıqla uyğunlaşması onun əsas rəqabət üstünlüyü kimi qeyd edilib.

Layihənin gələcək inkişaf planları daha möhtəşəm hədəfləri əhatə edir. Ərazidə 50 min tamaşaçı tutumu olan "DREAM Arena"nın inşası dünya ulduzlarının çıxışlarına və qlobal festivallara ev sahibliyi etməyə imkan verəcək. Bundan əlavə, 200 hektarlıq ərazini əhatə edəcək “Fire Island” süni adasının yaradılması və perspektivdə "Formula 1" trasının bir hissəsinin buraya köçürülməsi planı Sea Breeze-in qlobal tədbir platforması statusunu daha da möhkəmləndirir.

BEMA mükafatı çərçivəsində qiymətləndirmə layihənin konseptual aydınlığı, yaradıcı yanaşması, biznesin inkişafına iqtisadi-sosial təsiri və müasir texnoloji həllərin (AR/VR) tətbiqi kimi meyarlar əsasında aparılıb. Bu qələbə Sea Breeze-in təkcə yaşayış və istirahət mərkəzi deyil, həm də dünya səviyyəli qabaqcıl tədbir məkanı olduğunu bir daha təsdiqləyib.

Məqalədə: #Sea Breeze-dən beynəlxalq zəfər: BEMA mükafatı qazanıldı #Ən Yaxşı Beynəlxalq Tədbir Məkanı: Sea Breeze qalibdir #Azərbaycanın Sea Breeze layihəsi Moskvada mükafatlandırıldı #DREAM Arena və Fire Island: Sea Breeze-in qlobal hədəfləri #Formula 1 trası Sea Breeze-ə köçürülə bilər: Yeni detallar #Dünya səviyyəli etiraf: Sea Breeze beynəlxalq BEMA qalibi oldu

Mövzu üzrə digər xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Maraqlı faktlar

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat

6 Sentyabr 12:01
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Maraqlı faktlar

Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?

6 Sentyabr 11:31

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.