4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Sülh Körpüsü” təşəbbüsü Azərbaycan–Ermənistan münasibətlərində yeni format yaradır - Fərhad Məmmədov

Vətəndaş cəmiyyətinin nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfər edib. Hazırkı mərhələdə bu səfərin simvolik əhəmiyyəti ondan ibarətdir ki, keçid delimitasiya və demarkasiya olunmuş hissədən, quru sərhəd vasitəsilə həyata keçirilib.

11 Aprel 2026 16:06
“Sülh Körpüsü” təşəbbüsü Azərbaycan–Ermənistan münasibətlərində yeni format yaradır - Fərhad Məmmədov

BAKI,VOA

Vətəndaş cəmiyyətinin nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra Azərbaycana səfər edib. Hazırkı mərhələdə bu səfərin simvolik əhəmiyyəti ondan ibarətdir ki, keçid delimitasiya və demarkasiya olunmuş hissədən, quru sərhəd vasitəsilə həyata keçirilib.

VOA-nın xüsusi müxbiri xəbər verir ki, bu barədə "Sülh Körpüsü" təşəbbüsünün kuratoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov iki ölkənin vətəndaş cəmiyyətiləri nümayəndələrinin görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, burada bütün sərhəd-keçid prosedurları yerinə yetirilib:

"Eyni zamanda, Ermənistan Respublikasının sərhədləri açıq olduğundan xüsusi prosedurlar tətbiq olunmayıb. Lakin Azərbaycan Respublikasının quru sərhədləri bağlı olduğu üçün bütün zəruri dövlət prosedurları icra edilib.

Vaşinqton sammitində sülh gündəliyi təsdiq edilib və bu çərçivədə dövlətlərarası yüksək səviyyəli dialoq mövcuddur. Bu dialoqa həm liderlər, həm də dövlət strukturları daxildir. İqtisadi münasibətlər də formalaşmaqdadır; buraya tranzitin həyata keçirilməsi və birbaşa ticarət əlaqələri aiddir. Bununla yanaşı, vətəndaş cəmiyyəti səviyyəsində dialoq artıq mövcuddur və davam etdirilir.

“Sülh Körpüsü” təşəbbüsünün digər formatlardan əsas fərqi ondan ibarətdir ki, əvvəlki illərdə bu tip dialoq platformaları əsasən üçtərəfli formatda – vasitəçi və ya donor təşkilatların iştirakı ilə həyata keçirilirdi. Hazırda isə proses dövlət dəstəyi ilə aparılır və vətəndaş cəmiyyəti nümayəndələri də bu prosesdə birbaşa iştirak edir.

Bugünkü görüş çərçivəsində dörd müzakirə sessiyası təşkil olunub. İlk iki sessiya daha çox politoloji xarakter daşıyıb və geosiyasi vəziyyətin, regiondakı mövcud şəraitin sülh prosesinə təsiri, eləcə də yaratdığı imkanlar müzakirə edilib. Üçüncü və dördüncü sessiyalar isə birbaşa vətəndaş cəmiyyətinin rolu və gələcək fəaliyyət istiqamətlərinə həsr olunub.

Görüş çərçivəsində artıq ənənə halını almış dövlət rəsmiləri ilə görüşlər də keçirilib. Bu çərçivədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüş baş tutub. İki saatdan artıq davam edən görüşdə Ermənistan nümayəndələrinin çoxsaylı sualları ətraflı şəkildə cavablandırılıb", - Fərhad Məmmədov qeyd edib.

Məqalədə: #Azərbaycan #Ermənistan #Fərhad Məmmədov

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.