4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

İyulun 7-də Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb. Tədbirdə Azərbaycan, Mərakeş, Misir, İordaniya, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Fələstin, Maldiv, Suriya, Rusiya, Serbiya, Finlandiya, Oman və digər ölkələrdən dini məsələlər və mədəniyyət sahələrinə məsul dövlət orqanlarının rəhbərləri, dini liderlər, beynəlxalq təşkilatların, ali təhsil, elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak edirlər.

7 İyul 2026 16:32
Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

BAKI,VOA

İyulun 7-də Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb.

Tədbirdə Azərbaycan, Mərakeş, Misir, İordaniya, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Fələstin, Maldiv, Suriya, Rusiya, Serbiya, Finlandiya, Oman və digər ölkələrdən dini məsələlər və mədəniyyət sahələrinə məsul dövlət orqanlarının rəhbərləri, dini liderlər, beynəlxalq təşkilatların, ali təhsil, elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb. O, ölkəmizin qlobal miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə milli sərvət kimi qiymətləndirilir. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış dini-mədəni irs nümunələrinin bərpası ilə bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.

Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi, habelə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb. O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.

Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir.

R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin İslam sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.

Məqalədə: #Azərbaycan #Özbəkistan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.