4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Mənbic terrorçulardan tamamilə azad edilib

Uzun müddət terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Mənbic rayonu azad olunub.

9 Dekabr 2024 12:22
Mənbic terrorçulardan tamamilə azad edilib

Bakı, AzerVoice

Uzun müddət terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Suriyanın Mənbic bölgəsi azad olunub.

AzerVoice xəbər verir ki, Suriya Milli Ordusu (SMO) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Fərat çayının qərbində yerləşən və ən böyük terror yuvalarından biri hesab edilən bölgə tamamilə təhlükəsizləşdirilib.

Əməliyyat zamanı SMO qüvvələri Mənbicin qərbində yerləşən Ureyme qəsəbəsi və şimalındakı Um Dadat kəndini azad edərək, rayona şimal və qərb istiqamətindən daxil olub. Hazırda ərazidə mina və partlayıcı maddələrə qarşı genişmiqyaslı axtarış və təmizləmə işləri aparılır.

Mənbic 2016-cı ildə PKK/YPG-nin nəzarətinə keçib və Fərat çayının qərbindəki ən böyük terror dəhlizi rolunu oynayır. Bu bölgə, terror təşkilatının Suriyanın şərqindən Aralıq dənizinə qədər uzanmaq niyyətində olduğu dəhlizdə mərkəzi mövqe tutur.

Türkiyə isə 2016-cı ildə başladığı "Fərat Qalxanı" əməliyyatı ilə bu planlara əhəmiyyətli zərbə vurmuş və bölgənin terror təşkilatlarının nəzarətindən çıxarılması istiqamətində mühüm addımlar atıb.

Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafa Mənbicin azad edilməsini Suriya xalqı üçün mühüm qələbə kimi dəyərləndirib və bu əməliyyatların məqsədinin bölgə xalqının azadlığı və təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.

Qeyd edək ki, Dekabrın 1-də başlayan əməliyyat çərçivəsində daha əvvəl Tel Rıfat da terrorçulardan azad edilmişdi.

Məqalədə: #PKK #Suriya

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.