4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Suriyada rejimin devrilməsi real islahatlara imkan yaradır

Suriyada rejimin dəyişilməsi sosial ədalətə əsaslanan real ilahatlar aparmağa imkan yaradır.

17 Dekabr 2024 16:03
Suriyada rejimin devrilməsi real islahatlara imkan yaradır

Bakı, AzerVoice

Suriyada rejimin dəyişilməsi sosial ədalətə əsaslanan real ilahatlar aparmağa imkan yaradır.

AzerVoice xəbər verir ki, bunu ArabAZ-a özəl açıqlamasında tanınmış tədqiqatçı və siyasi məsləhətçi,eləcə də fransızca və ərəbcə dərc olunan “Qarabağ və altı həftəlik müharibə” kitabının müəllifi, Dr. Basel Haj Jasem bildirib.

Haj Jasem bildirib ki, Suriya minillik qədim tarixə malik olan bir ölkədir və eləcə də , Hələb və Dəməşq şəhərləri də bu qədim diyarın ən tarixi şəhərlərindən biridir.
“Bu ölkənin taleyi heç kimdən və ya konkret bir fərddən asılı deyil. Gələcək yalnız Suriya xalqının iradəsi ilə qurulacaq”-deyə siyasi məsləhətçi bildirib.

O qeyd edib ki, tarixdə böhranlardan, müharibələrdən keçmiş ölkələrin nümunələri çoxdur.
“ İkinci dünya müharibəsindən sonra Almaniyada rejim dəyişikliyi oldu, lakin bu ölkə öz gücünü bərpa edə bildi. Bir başqa misal isə kommunist rejimlərin çökməsindən sonra olan şərqi Avropa ölkələridir”-deyə, o qeyd edib.
Onun sözlərinə görə, “konkret bir şəxs olmadan Suriyanın gələcəyinin olmadığını” iddia etmək, müharibədən, dağıntılardan, korrupsiyadan və həbsxanalarda Əsəd rejimi zülmü altında əziyyət çəkən insanların acısına məhəl qoymamaq deməkdir.
“Sadalananlar hamısı Suriyanın gələcəyinə ciddi əngəl idi.Suriya xalqı yetmişinci illərdən bəri beynəlxalq təcrid, zülm və daxili istibdad şəraitində yaşayır və sanksiyalardan əziyyət çəkirdi. Bütün bunlar rejimin qaçaq başçısının (Bəşşar Əsəd) suriyalıları böyük həbsxanaya salan siyasəti idi”- deyə o əlavə edib.

Tədqiqatçı Haj Jasem onu da qeyd edib ki, Suriyanın gələcəyini yalnız bir şəxsə bağlayan hər kəs, xalqın dəyərini və onun qədim tarixini alçaldmış olur.

“Şübhəsiz ki, Əsədin onilliklər hakimiyyəti və 14 illik Suriya inqilabından sonra Suriyanın daxildə və xaricdə üzləşdiyi bir çox problem olacaq. Lakin, xaricdə və ölkə daxilində olan suriyalıların firavan bir gələcək qurma səriştəsi və təcrübəsi var.Yetər ki onların bu işinə qarışan olmasın”-deyə o bildirib.
Qeyd edək ki , bu il dekabrın səkkizində birləşmiş Suriya müxalifəti Bəşşar Əsəd hakimiyyətini devirib.Əsəd rejiminin çökməsi ilə ölkədə rejim tərəfindən dinc insanlara qarşı işlədilən cinayətlərin yeni faktları üzə çıxıb.

Məqalədə: #Basel Haj Jasem

Mövzu üzrə digər xəbərlər

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

14:20
İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib
Siyasət

İraq və Suriya ikitərəfli ticarətin genişləndirilməsini müzakirə edib

12:51
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.