8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

İsrail qırıcıları Dəməşqin cənubunda iki mövqeyi bombaladı

Bu məqalə İsrailin Dəməşqin cənubunda və Dəraa əyalətində hərbi hədəflərə qarşı hava hücumlarını, bölgədəki gərginliyi və tərəflər arasında artan qarşıdurmanı təsvir edir.

26 Fevral 2025 11:34
İsrail qırıcıları Dəməşqin cənubunda iki mövqeyi bombaladı

BAKI,AzerVoice

İsrail qırıcıları Dəməşqin cənubunda iki mövqeyi bombaladı.AzerVoice xəbər verir ki, İsrail təyyarələri Dəməşqin təxminən 20 kilometr cənubunda yerləşən Əl-Kisva qəsəbəsini bombalayıb. Təhlükəsizlik mənbəsi İsrailin hərbi bir mövqeyi hədəf aldığını desə də, əlavə məlumat verməyib. Qəsəbə sakini və Suriya televiziyası İsrailin başqa hava hücumlarının cənub Dəraa əyalətində bir qəsəbəni vurduğunu bildirib.

İsrail ordusu sonradan verdiyi bəyanatda Cənub Suriyada hərbi hədəflərə, o cümlədən komandanlıq qərargahlarına və silah anbarları olan mövqelərə hücum etdiyini açıqlayıb. İsrail müdafiə naziri Yisrael Katsın sözçüsü bildirib: “Hərbi Hava Qüvvələri Cənub Suriyada güclü hücumlar həyata keçirir. Bu, bölgədə sakitliyi təmin etmək məqsədilə müəyyən etdiyimiz yeni siyasət çərçivəsindədir. Mesaj aydındır: Cənub Suriyanın Cənub Livana çevrilməsinə icazə verməyəcəyik.”

“Suriyanın rejim qüvvələri və ölkədəki terror təşkilatlarının Cənub Suriyada təhlükəsiz bölgədə möhkəmlənmək cəhdlərinə atəşlə cavab veriləcək.”-deyə o bildirib.

Qeyd edək ki, dekabr ayında müxalifət qüvvələrinin keçmiş prezident Əsədi devirməsindən sonra, BMT-nin nəzarətində olan Suriya ərazisində İsrail qüvvələri demilitarizasiya olunmuş zonaya daxil olub. İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, İsrail Cənub Suriyada "Heyət Təhrir əş-Şam" qrupunun və ya ölkənin yeni rəhbərliyinə bağlı digər qüvvələrin mövcudluğuna icazə verməyəcək və bölgənin silahsızlaşdırılmasını tələb edib.

Məqalədə: #İsrail #Dəməşq #Suriya xəbərləri

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
7 Sentyabr 21:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.