8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Xarici ölkələrdən Suriyaya qayıdan vətəndaşların sayı artıb - BMT

May ayında qaçqın düşərgələrindən və xarici ölkələrdən Suriyaya qayıdanların sayı əvvəlki ayla müqayisədə 45 faiz artıb.

30 İyun 2025 19:27
Xarici ölkələrdən Suriyaya qayıdan vətəndaşların sayı artıb - BMT

BAKI, AzerVoice

May ayında qaçqın düşərgələrindən və xarici ölkələrdən Suriyaya qayıdanların sayı əvvəlki ayla müqayisədə 45 faiz artıb.

AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat verib.

Komissarlıq bildirib ki, yalnız may ayında qurumda qeydiyyatda olan 15 mindən çox qaçqın geri qayıdıb. Bəşşar Əsəd rejiminin devrilməsindən bəri yeddi ay ərzində ümumilikdə 2 milyon 100 minə yaxın qaçqın və məcburi köçkün öz vətəninə qayıdıb.

Yay aylarında və məktəb tətili dövründə bu artım gözlənilirdi. Lakin genişmiqyaslı dağıntılar səbəbilə hər zərər görmüş bölgələrə axın, Suriya hökuməti qarşısında əlavə çətinliklər yaradıb. Bu bölgələr əsasən ölkədaxili düşərgələrdən və qonşu ölkələrdən qayıdanların yerləşdiyi ərazilərdir.

Komissarlığın məlumatına görə, son yeddi ayda Türkiyə, Livan, İordaniya, İraq və Misirdən 628 minə yaxın qaçqın Suriyaya qayıdıb. Beləliklə, cari ilin əvvəlindən bu yana qayıdanların ümumi sayı 989 min nəfərə çatıb. May ayına qədər İordaniyadan 75 min 500 nəfər, iyun ayında isə Türkiyədən 25 minə yaxın qaçqın vətəninə geri qayıdıb.

Məqalədə: #Türkiyə #BMT #Misir #Livan #İraq #Suriya #İordaniya #Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) #Suriyalı qaçqınların geri qaytarılması #Suriyalı qaçqınlar #Suriyalı qaçqınların qayıdışı

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

7 Sentyabr 19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.