Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib
Bu gün Quba ASAN Xidmət Mərkəzinin Təlim-tədris binasında ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir Quba 1 saylı Məntəqə Təlim Mərkəzinin direktoru, hüquqşünas-mediator Hümmət Əliyevin təqdimatında baş tutub. O, iştirakçılara insan hüquqlarının tarixi inkişafı, beynəlxalq hüquqi sənədlər, hüquqların müdafiəsi mexanizmləri və mediasiyanın mübahisələrin sülh yolu ilə həllində rolu barədə geniş məlumat verib.
Quba şəhərində “Cümə” məscidi dini icması iməcilik təşkil edib
1 dekabr 2025-ci il tarixində Quba şəhərində “Cümə” məscidi dini icması ətraf mühiti gözəlləşdirmək və şəhərə yeni nəfəs gətirmək məqsədilə iməcilik keçirib. İcma üzvləri məscid ətrafında ağaclar əkib, ərazini təmizləyərək həm təbiətə, həm də insan ruhuna toxunan bir təşəbbüs göstəriblər. Tədbir iştirakçıları vurğulayıblar ki, “təmizlik imandan gəlir” və bu kiçik, amma səmimi addımlar həm şəhərin görünüşünü, həm də insanların gündəlik həyatına sevgi və harmoniyanı gətirir. İcma üzvləri həmrəyliyi və birlik ruhunu ön plana çıxararaq, belə aksiyaların gələcək nəsillər üçün yaşıl və təmiz mühitin qorunmasına töhfə verəcəyini bildiriblər.
Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində 2025–2026-cı illər üçün bədii kollektivlərin regionlara ilk qastrol səfərləri başlayır
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə və böyük bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk dəfə olaraq genişmiqyaslı qastrol səfərlərinin təşkili 2025-ci və 2026-cı illər üçün nəzərdə tutulub.
"İmişli" - "Sabah": start heyətlər məlum olub
"İmişli" Misli Premyer Liqasının 13-cü turu çərçivəsində Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"ı qəbul edir.
Qubada “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
27 noyabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi birgə “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirib.
Regionlarda mediasiyanın inkişafı hüquqi xidmətin keyfiyyətini artırır - Hümmət Əliyev
Regionlarda mediasiya institutunun geniş təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə Quba 1 saylı MT direktoru, hüquqşünas mediator Hümmət Əliyev növbəti maarifləndirici görüşünü Xaçmaz şəhərində keçirib. Tədbir Xaçmaz rayon Vəkil Bürosunda təşkil olunub və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. Görüş zamanı mediasiya sahəsində aktual yeniliklər, tətbiq mexanizmləri, mediator-vəkil əməkdaşlığının əhəmiyyəti və mediasiyanın məhkəmələrin iş yükünün azaldılmasında rolu ilə bağlı geniş müzakirələr aparılıb. Hümmət Əliyev regionlarda mediasiyanın inkişafının tərəflər arasında daşınmaz hüquq münasibətlərinin daha səmərəli həllinə şərait yaratdığını qeyd edib.
Quba İş Adamlarına Dəstək platforması 1 illik fəaliyyətini təqdim etdi
Quba İş Adamlarına Dəstək-QİAD platformasının 1 illik fəaliyyətinin təqdimat edilməsi məqsədilə "QİAD üzvləri ilə görüş" proqramı təşkil edilmişdir. Tədbirdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov və üzvləri, Quba Rayon İcra Hakimiyyətinin Şöbə müdirinin müavini Loğman Əliyev, Quba-Xaçmaz Regional Məşğulluq filialının müdir müavini Rasim Məmmədov, Quba Rayon Əmək Müfəttişliyinin rəisi Təngiz Nəzərov, Quba Regional Turizm İdarəsinin nümayəndəsi Rəfail İskəndərov, Quba Regional Təlim Mərkəzinin direktoru İslam Bəyəhmədov, Quba Peşə liseyinin direktoru Hüseynağa Baxışov və Quba rayonun bank filiallarının rəhbərləri və media nümayəndələri iştirak etmişdir.
Qubada Zəfər Gününə həsr olunan regional mediasiya tədbiri keçirilib
Quba şəhərində “Birlik, Zəfər və Barışın Gücü: Qubadan Mediasiya Çağırışı” adlı regional tədbir keçirilib. Tədbir Quba Rayon İcra Hakimiyyəti, YAP Quba rayon Təşkilatı, Quba 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı və Mediasiya Şurasının dəstəyi ilə baş tutub.
Rəşad Cabirliyə ağır itki üz verib
MÜSİAD idarə heyətinin sədri Rəşad Cabirlinin atası Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin sabiq Müdiri Cabir Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məmmədov Cabir İsrafil oğlu 1950-ci il iyunun 12 də anadan olub. 1966-cı ildə orta məktəbi medalla bitirib və daha sonra ildə Azərbaycan Tibb İnstitutuna qəbul olub və 1972-ci ildə eyni institutun Müalicə-Profilaktika fakültəsini bitirib.
Quba ASAN Xidmət Mərkəzində “Gələcəyin Dialoqu” adlı maarifləndirici tədbir keçirilib
27 avqust 2025-ci il tarixində Quba 1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə Quba ASAN Xidmət Mərkəzində ASAN Könüllülərinin iştirakı ilə “Gələcəyin Dialoqu” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi gəncləri mediasiya prosesi ilə tanış etmək, mübahisələrin məhkəməyə qədər sülh yolu ilə həllinin əhəmiyyətini vurğulamaq və gənclərin dialoq mədəniyyətini təcrübə vasitəsilə mənimsəməsinə şərait yaratmaq idi.
Qubada dağlıq ərazidə yanğın qısa müddətdə söndürülüb
Quba rayonu, Gədikqışlaq kəndində dağlıq ərazidə baş verən yanğın barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal hadisə yerinə Nazirliyin qüvvələri cəlb olunub. Məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində mürəkkəb relyefli dağlıq ərazidə alovun genişlənməsinin və böyük sahəyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.
Bugün səhər saat 09:00-a olan faktiki hava açıqlanıb
Avqustun 17-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Avqustun 17-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.