BOTAŞ ilə BP arasında 3 illik müqavilə imzalanıb
Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Türkiyənin milli enerji şirkəti BOTAŞ ilə BP arasında yeni qaz təchizatı müqaviləsinin imzalandığını açıqlayıb. Nazirin verdiyi məlumata görə, 3 il müddətinə qüvvədə olacaq müqavilə çərçivəsində illik təxminən 1,6 milyard kubmetr, ümumilikdə isə 4,8 milyard kubmetr təbii qaz Türkiyəyə idxal ediləcək.
"bp" şirkəti "Səngəçal" terminalından birinci yarımillik neft və kondensat ixracı həcmlərini açıqlayıb
2025-ci ilin birinci yarısında "Səngəçal" terminalından 106 milyon barel neft və kondensat ixrac edilib ki, bunun da əsas hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə göndərilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ixracın həcmi 110 milyon barel olub, beləliklə, göstərici illik müqayisədə 3,6 faiz azalıb.
bp "Şahdəniz Alfa" platformasında hasilatı bərpa edib
bp texniki problemlər səbəbindən fəaliyyətini dayandırmış "Şahdəniz Alfa" platformasında hasilatı bərpa edib.