İndoneziyada 6 bal gücündə zəlzələ olub
İndoneziyada 6,0 maqnitudalı zəlzələ baş verib. Məlumata əsasən, zəlzələ Mərkəzi Sulavesi əyalətinin Poso dairəsində baş verib. Yeraltı təkanların ocağı Poso şəhərindən 18 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Kamçatkada 5,3 maqnitudalı zəlzələ baş verib
Kamçatkada 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 469 km aralıda baş verib. Yeraltı təkanların ocağı 28,6 km dərinlikdə yerləşib.
Tovuzda zəlzələ olub
Tovuz rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, 3,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 08:31-də baş verib.
Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib
Kamçatkada 5,1 maqnitudalı zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Türkiyədə 4 bal gücündə zəlzələ olub
Türkiyənin Balıkesir vilayətində 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Muğlada 4,3 bal gücündə zəlzələ baş verib
Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə saat 21:39) baş verib. Yeraltı təkanların ocağı 56,87 kilometr dərinlikdə yerləşib.
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Türkiyənin Osmaniya vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyiy (AFAD) məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 17:45-də (Bakı vaxtı ilə 18:45) baş verib. Yeraltı təkanların ocağı 5,12 kilometr dərinlikdə yerləşib.
Türkiyədə zəlzələdən sonra bölgədə min 235 yeraltı təkan qeydə alınıb
Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 786 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.
Balıkesirdə baş verən zəlzələdən sonra 879 afterşok qeydə alınıb
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 879 afterşok qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:16-da qeydə alınıb.
Balıkesir vilayətində daha bir zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətində 4,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 19:37-də (Bakı vaxtı ilə 20:37) baş verib. Yeraltı təkanların ocağı 12 kilometr dərinlikdə yerləşib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Türkiyədə zəlzələdən sonra bölgədə 237 yeraltı təkan qeydə alınıb
Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.