İsveçdə Təhlükəsizlik Böhranı - NATO Sənədləri Hava Limanında Unudulub
2022-ci ilin noyabrında Ulf Kristerssonun Türkiyəyə səfərindən sonra Arlanda Hava Limanında unudulan qovluğun NATO-ya üzvlük prosesi ilə bağlı məhdud tərkibdə keçirilən görüşlərə aid olduğu ehtimal edilir. İsveç mətbuatından olan “Dagens Nyheter” qəzetinə görə, qovluqda xarici əlaqələr sirri sayıla biləcək söhbət qeydləri və diplomatik sənədlər var, lakin həssas kəşfiyyat məlumatları yoxdur. Baş nazirliyin açıqlamasına əsasən, sənədlər bir işçi tərəfindən təsadüfən unudulub və hadisə təhlükəsizlik pozuntusu kimi qiymətləndirilmir. Buna baxmayaraq, hadisə İsveçdə təhlükəsizlik prosedurlarının effektivliyi ilə bağlı ciddi suallar doğurub.
Trampa sui-qəsddən sonra 6 təhlükəsizlik əməkdaşı işdən çıxarılıb
2024-cü ilin 13 iyul tarixində Donald Trampa qarşı törədilən sui-qəsd cəhdindən sonra aparılan istintaq nəticəsində ABŞ Məxfi Xidmətinin altı əməkdaşı işdən kənarlaşdırılıb.