Norveçin suveren sərvət fondu 11 İsrail şirkətindəki investisiyalarını geri çəkir
Bu qərar Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı mediada yayılan məlumatlar və fondun İsrailin müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərə sərmayə qoyması barədə təcili araşdırma nəticəsində qəbul edilib. Norveç maliyyə naziri Yens Stoltenberq fondun İsrailə olan investisiyalarının yenidən nəzərdən keçirilməsinin davam etdiyini bildirib. Fondun iyunun 30-na olan məlumatına görə, o, 61 İsrail şirkətində paya sahib olub, lakin son zamanlarda 11 şirkətdəki səhmlərindən əl çəkib. Hələlik həmin şirkətlərin adları açıqlanmayıb.
30 illik araşdırma - Az yağlı süd ürək üçün daha təhlükəsizdir
“The American Journal of Clinical Nutrition” jurnalında dərc olunan tədqiqatda Norveçdə 1974–1988-ci illər arasında aparılmış üç böyük ürək-damar sağlamlığı müayinəsinin nəticələri təhlil edilib. 33 il ərzində izlənilən 73 min 860 nəfərin məlumatlarına əsasən, tam süd içənlərdə hər hansı səbəbdən ölüm riski 22 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 12 faiz çox olub.
BMT İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumları pisləyib
BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.
25 ölkənin XİN rəhbərləri İsraili Qəzzadakı müharibəni dayandırmağa çağırıblar
25 ölkənin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) bərabərlik və böhranların idarə olunması üzrə komissarı Haca Lahbib İsraili Qəzza zolağında müharibəyə son qoymağa və əraziyə humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar.
Norveç Ukraynaya PUA alışı üçün 642 milyon dollar ayıracaq
Norveç hökuməti Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 6,5 milyard Norveç kronu (təxminən 642 milyon ABŞ dolları) ayıracaq.
Tel-Əvivdə Norveç səfirinin iqamətgahına əl qumbarası atılıb
İsrailin İrana hücumlarının kölgəsində Norveçin Tel-Əvivdəki səfirinin iqamətgahına əl qumbarası atılıb.