"İŞİD" prioritetlərini dəyişir: Suriyada "idarəetmənin bədəli"ni artırmağa çalışır
Suriya bu ilin əvvəlindən etibarən istər şimal-şərqdə, istərsə də sahil və cənub bölgələrində daxili iğtişaşlar mərhələsindən nisbi sakitlik və yeni təhlükəsizlik-siyasi strukturun qurulması mərhələsinə qədər bir yol keçib. Bu strukturun əsas cizgiləri təhlükəsizlik dosyesində və "Suriya Demokratik Qüvvələri" (SDQ) ilə əldə olunan razılaşmada özünü büruzə verib. Lakin bu dəyişikliklər Suriyanı bir çox sosial mühitdə və coğrafi nöqtədə "İŞİD" (DAEŞ) terror təşkilatı ilə gizli bir yarışın ortasına atıb. "İŞİD" son zamanlar təhlükəsizlik nəzarətinin tam bərpa olunmamasından istifadə edərək yenidən ayaq tutmağa çalışan qeyri-sabitlik amili kimi ön plana çıxıb. Təşkilat hələ də fevralın ortalarından intensivləşən, martın ilk həftəsində bir qədər səngiyən, lakin sonradan yenidən aktivləşən hücum ritorikası və hədəfə alınmış əməliyyatlarla ideoloji və meydan boşluqlarından yararlanmağa çalışır.
Suriya və İraq arasında strateji keçid məntəqəsi fəaliyyətini bərpa edib
Suriya Ümumi Sərhəd Keçid Məntəqələri və Gömrük İdarəsinin bəyanatına əsasən, Yarubiyə-Rabiə sərhəd-keçid məntəqəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Suriya tərəfindən Gömrük İdarəsinin rəhbəri Kuteybə Bədəvi, Prezident Administrasiyasının nümayəndəsi general Ziyad əl-Ayiş və digər rəsmi şəxslər, İraq tərəfindən isə Sərhəd Keçid Məntəqələri Qurumunun rəhbəri Ömər əl-Vailinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
ABŞ-ın Suriyadan çəkilməsinin arxasındakı beş səbəb
Amerika Birləşmiş Ştatları 15 və 16 aprel (çərşənbə və cümə axşamı) tarixlərində Suriyadakı sonuncu hərbi bazası olan, ölkənin şimal-şərqindəki Haseke əyalətində yerləşən "Qəsrik" bazasını boşaltdı. Bununla da Vaşinqton bir vaxtlar sayca otuza çatan hərbi bazaları ilə Suriyada on ildən artıq davam edən mövcudluğuna son qoydu. "Qəsrik" bazasının təxliyə edilməsi həm Vaşinqton, həm də Dəməşq tərəfindən iki dövlət arasındakı münasibətlərdə yaxın gələcəkdə cizgiləri daha aydın görünəcək yeni bir mərhələyə keçidin elanıdır.
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 198 nəfər saxlanılıb
İstanbulun Beşiktaş rayonunda polis əməkdaşlarına qarşı törədilən silahlı hücumdan sonra İŞİD terror təşkilatına qarşı 34 vilayətdə eyni vaxtda əməliyyatlar keçirilib. Bildirilib ki, Beşiktaşda yerləşən Yapı Kredi Plaza yaxınlığında baş verən hücum zamanı İŞİD-lə əlaqəli üç nəfərdən biri zərərsizləşdirilib, iki nəfər isə yaralı halda ələ keçirilib. Hadisə nəticəsində iki polis əməkdaşı yüngül xəsarət alıb.
İstanbulda İŞİD əməliyyatı: 17 nəfər saxlanıldı
BAKI,VOA, Fərid Mikayılov İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 17 şübhəli saxlanılıb. VOA xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
İzmir mərkəzli İŞİD əməliyyatı - 9 nəfər saxlanıldı
İzmir mərkəzli 3 vilayətdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 9 şübhəli saxlanılıb. Əməliyyat İzmir, İstanbul və Konya şəhərlərində eyni vaxtda həyata keçirilib. Jandarma qüvvələri tərəfindən müəyyən edilən ünvanlara keçirilən reydlər nəticəsində bütün şübhəlilər saxlanılıb.
Türkiyənin 24 vilayətində İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat: 88 şübhəli saxlanılıb
Türkiyə Daxili İşlər Nazirliyi ölkə daxilində terrorla mübarizə tədbirləri çərçivəsində İŞİD (DEAŞ) terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb. Türkiyə Daxili Qoşunların Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə 24 vilayətdə eyni vaxtda həyata keçirilən reydlər nəticəsində ümumilikdə 88 şübhəli şəxs saxlanılıb.
İstanbul və Yalovada İŞİD-ə qarşı əməliyyat: 9 şübhəli saxlanılıb
İstanbul və Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 9 şübhəli nəzarətə alınıb. İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinin qrupları, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə terror təşkilatı İŞİD-in fəaliyyətlərinin qarşısının alınması və deşifrə edilməsi istiqamətində araşdırmalar aparıb.
Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib
Türkiyə Daxili İşlər Nazirliyi son iki həftə ərzində 29 şəhərdə terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatlarda 139 şübhəlinin yaxalandığını bildirib.Türkiyə Baş Polis İdarəsinin Kəşfiyyat İdarəsi, Terrorla Mübarizə (TEM) İdarəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən tədbirlər çərçivəsində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən edilən açıqlamaya görə, son 2 həftədir 29 bölgədə davam edən əməliyyatlarda terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilən 139 şübhəli saxlanılıb.
İstanbulda saxlanılan İŞİD üzvü Qırğızıstana təhvil verildi
Qırğızıstan xüsusi xidmət orqanları beynəlxalq terror təşkilatına bağlı şəxsi saxlayıb. Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi İŞİD terror təşkilatının üzvü olduğu bildirilən T.M.Ş. adlı ölkə vətəndaşının fəaliyyətinin qarşısını alıb.
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyənin İstanbul şəhərində terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələri tərəfindən terror təşkilatı İŞİD-ə qarşı əməliyyat təşkil olunub. Əməliyyat zamanı sosial şəbəkələr vasitəsilə terror təşkilatının təbliğatını aparan şəxslərə qarşı tədbirlər görülüb
İstanbulda İŞİD əməliyyatı: 11 şübhəli saxlanıldı
İstanbul Terrorla Mübarizə və Kəşfiyyat İdarəsinin əməkdaşları İŞİD terror qruplaşmasının fəaliyyətinin qarşısının alınması məqsədilə genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatın əsas hədəfində terror təşkilatı ilə əlaqəli fəaliyyət göstərən və sosial media platformaları vasitəsilə qruplaşmanın təbliğatını aparan şəxslər olub. Şəhərin müxtəlif ünvanlarında eyni vaxtda həyata keçirilən basqınlar nəticəsində 11 şübhəli şəxs gözaltına alınıb.